İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük müharibədə ölən erməni əsgərlərin ailə üzvləri İrəvanda hakim partiyanın deputatını döydülər - VİDEO

İrəvanda “Yerablur” hərbi panteonunda 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri ilə deputatlar arasında əlbəyaxa dava düşüb.

Valideynlərdən biri hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasından olan deputat Ovik Ağazaryanın üzünə yumruqla zərbə endirib.

Qeyd edək ki, 44 günlük müharibədə ölən əsgərlərin valideynləri İrəvanda “Yerablur” hərbi panteonunda gecədən bəri keşik çəkirlər və Ermənistan hakimiyyət nümayəndələrinin sentyabrın 21-də qeyd olunan Ermənistanın Müstəqillik Günü münasibətilə oraya daxil olmasına imkan vermirlər.   

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasından olan deputatlar Akop Aslanyan və Ovik Ağazaryanın “Yerablur” panteonuna gəlişi isə vəziyyəti bır az da gərginləşib.

“Hakimiyyətdə kimin olacağına siz və sizin kimi qeyri-varlıqlar qərar vermirlər”, - deyə Ovik Ağazaryan jurnalistlərə açıqlamasında bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR