İnsanlara hürriyət, millətlərə istiqlal!

4 illik fasilədən sonra ilk Rusiya sərnişin təyyarəsi Tiflisə endi

4 illik fasilədən sonra ilk Rusiya sərnişin təyyarəsi Tiflisə enib.

Musavat.com telegram kanalların istinadən xəbər verir ki, “Azimuth Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanında etiraz aksiyası ilə qarşılanıb.

Qeyd edək ki, Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” mayın 20-dən həftənin yeddi günü Rusiyaya uçuşlar həyata keçirmək üçün icazə alıb.

Bu barədə çərşənbə axşamı Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

“Georgian Airways Tiflis-Moskva-Tiflis istiqamətində müntəzəm uçuşlar həyata keçirməyə başlayır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş cədvəlinə uyğun olaraq, mayın 20-dən etibarən uçuşlar həftədə yeddi dəfə tezliyi ilə həyata keçiriləcək”, - məlumatda deyilir.

Xatırladaq ki, “Georgian Airways” Gürcüstan və Rusiya arasında uçuşlar həyata keçirməyə icazə alan ikinci aviaşirkət olub. Bazar ertəsi məlum olub ki, Gürcüstanın aviasiya hakimiyyət orqanları Rusiyanın “Azimut” aviaşirkətinə Moskva-Tiflis-Moskva marşrutu üzrə uçuşlar həyata keçirmək üçün icazə verib. İlk uçuş mayın 19-da baş tutacaq.

@@TVmusavat/61645@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR