İnsanlara hürriyət, millətlərə istiqlal!

38 ölkədə iqtisadi artım yavaşladı

Bu ilin ikinci rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı(OECD) ölkələrinin iqtisadiyyatı birinci rüblə müqayisədə 0,4 faiz böyüyüb.

Musavat.com Təşkilatın yaydığı press-relizə istinadən xəbər verir ki, bu, birinci rübdəki 0.5 faizlik artım qarşılığında artım sürətinin azalması deməkdir.

Təşkilata daxil olan G7 ölkələrində iqtisadi artım sürəti birinci rübdəki 0,4 faizdən 0,5 faizə qədər sürətlənib. Bu zaman Yaponiyada iqtisadi artım illik ifadədə birinci rübdəki 0,9 faizdən ikinci rübdə 1,5 faizədək, Fransada isə 0,1 faizdən 0,5 faizədək sürətlənib. ABŞ-da iqtisadi artım 0,6 faiz, Böyük Britaniyada isə 0,2 faiz təşkil edib.

İtaliyada isə əks proses qeydə alınıb: birinci rübdəki 0,6 faizlik artım ikinci rübdə 0,3 faizə qədər, Kanadada 0,8 faizdən 0,3 faizə qədər zəifləyib, Almaniyada isə staqnasiya qeydə alınıb.

OECD ölkələri arasında ikinci rübdə ən yüksək iqtisadi artım İrlandiyada 3,3 faiz, ən kəskin azalma Polşada 3,7 faiz olub.

İkinci rübdə OECD ölkələrinin ÜDM-i illik ifadədə 1,5 faiz artıb. Birinci rübdə bu göstərici 1,6 faiz olmuşdu.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR