İnsanlara hürriyət, millətlərə istiqlal!

33 kilo narkotiklə tutuldu- FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb.

Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub.

Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən “Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən bir ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR