Onlayn ictimai-siyasi qəzet
Şuşaya yeni köçürülmüş sakinlər üçün qurbanlar kəsilib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı yeni yaşayış kompleksinin həyətində sakinlər üçün qurbanlar kəsilərək paylanılıb.
Tədbirdə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşada fəaliyyət göstərən müxtəlif orqanların rəhbərləri iştirak ediblər.
Məntəqənin təşkil edildiyi ərazidə quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir.
Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.
Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ