İnsanlara hürriyət, millətlərə istiqlal!

"30 dekabra diqqət: bir görüş olacaq və Ukrayna müharibəsi bitəcək" - məşhur jurnalist öz iddiasını yenilədi - Video

Musavat.com xəbər verir ki, dünyaca məşhur Ukraynalı jurnalist və analitik Dmitri Qordon yenidən gündəmi silkələyəcək iddiasını təkrarlayıb.

O, son 8 ayda dəfələrlə bildirib ki, 2024-cü ilin dekabr ayının 30-a qədər Ukrayna-Rusiya müharibəsi bitəcək. O, ilk dəfə bu iddia ilə bağlı ipucu da verib: "Bir görüş olacaq və müharibənin odlu fazası bitəcək".

Qordonun sözlərinə görə, bu görüş atəşkəsin əldə olunmasına və davamlı sülh prosesinin başlanmasına səbəb olacaq.

Dmitri Qordon öz çıxışlarında bildirib ki, “30 dekabra diqqət edin, o gün çox vacib bir görüş baş tutacaq. Bu görüş müharibənin taleyini həll edəcək”. Bu sensasiyalı açıqlama jurnalistin son müsahibəsində ilk dəfə konkret detallar şəklində təqdim edilib.

Musavat.com olaraq, 30 dekabra saatlar qalmış bu maraqlı iddianı yenidən diqqətə çatdırırıq. Görəsən, Dmitri Qordonun proqnozları reallığa çevriləcəkmi? Sülhə olan ümidi qoruyub saxlamaqla hamımız bu prosesi izləyirik.

Savaşlar bitsin, sülh başlasın - bu, dünyanın ən böyük arzularından biridir.

 @@TVmusavat/104738@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR