İnsanlara hürriyət, millətlərə istiqlal!

3 trilyon dollarlıq qızıl ehtiyatı AŞKARLANDI

2021-ci ildən etibarən "Bitcoin" yatırımları ilə gündəmə gələn El-Salvadorun prezidenti Nayib Bukele ölkədə 3 trilyon dollar dəyərində qızıl yataqları aşkar etdiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" məlumat yayıb.

"Bu məbləğ ümumi daxili məhsulumuzun (ÜDM) 8000%-dən çoxdur. Bununla yanaşı, ölkəmizdə 4-cü sənaye inqilabında istifadə edilən kobalt, nikel, litium kimi mineralları da aşkar etdik", - deyə o bildirib.

Bukelenin 3 trilyon dollar dəyərindəki proqnozu ölkədə son vaxtlarda aparılan araşdırmalara əsaslanır.

Bu araşdırmalara görə, qızıl tapılması mümkün olan ərazilərin 4%-ində indiyə qədər 50 milyon unsiya qızıl ehtiyatı aşkarlanıb.

El-Salvador hökuməti bu məlumatlardan çıxış edərək, ölkədəki ümumi qızıl ehtiyatlarının dəyərinin 3 trilyon dollar olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, hazırda qlobal miqyasda dövriyyədə olan qızılın ümumi bazar dəyəri 18 trilyon dollar olaraq qiymətləndirilir.

İqbal, 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR