Onlayn ictimai-siyasi qəzet
“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibdir”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair bəyanatda deyilir.
Qeyd olunub ki, bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir.
Həmçinin, vurğulanıb ki, görüş zamanı müxtəlif beynəlxalq məsələlərə dair fikirlər bildirilib, regionun ən mühüm məsələləri müzakirə edilib və ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, tərəflər görüşün nəticələrini müsbət qiymətləndirməklə yanaşı, Gürcüstanın bərabərhüquqlu iştirakı üçün bu Platformanın açıq olduğunu bir daha təsdiq ediblər.
XİN rəhbərləri Qəzzadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Onlar günahsız mülki şəxslərin hədəfə alınmasının dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
Növbəti görüşün Türkiyədə baş tutacağına dair razılıq əldə olunub.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ