İnsanlara hürriyət, millətlərə istiqlal!

253 nəfər hələ də Ermənistanda saxlanılır - RƏSMİ

"Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı həmin dövrdə bizə daxil olan məlumatlara görə, 872 nəfərin ermənilər tərəfindən sağ-salamat şəkildə əsir götürülməsi və girov saxlanılması faktı məlumdur".

Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov brifinqində deyib.

O qeyd edib ki, Ermənistan azərbaycanlıların girov saxlanılmasını dəfələrlə inkar edib:

"Bilavasitə hadisə şahidlərinin, o zaman azad olunmuş şəxslərdən verilən məlumatlarda da bununla bağlı qeyd olunur. Məlumata görə, onların müəyyən hissəsi, təxminən 253 nəfəri Ermənistanda saxlanılır. Birinci Qarabağ müharibəsində, atəşkəs ərəfəsində, həm də indi həmin şəxslər haqqında məlumatların Azərbaycan tərəfinə təqdim olunması ilə bağlı beynəlxalq səviyyədə dəfələrlə müraciət edilib. Çox sayda müraciətlərə baxmayaraq, qarşı tərəf onların Ermənistanda saxlanılmasını inkar etmişdi".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR