Onlayn ictimai-siyasi qəzet
Milyarder Roman Avdeyev “Rossium” şirkətindəki payını satıb.
Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə o, Facebook-dakı səhifəsində məlumat verib.
"Həyatımda əlamətdar bir hadisəni bölüşmək istərdim: bu gün “Rossium” konsernidəki payımın Sergey Sudarikovun strukturlarına satılması ilə bağlı əməliyyat başa çatdı", - Avdeyev yazıb.
Milyarder əlavə edib ki, Sudarikov uzun illər onun strateji tərəfdaşı olub. Əməliyyat başa çatdıqdan sonra Avdeyevin Rusiyada heç bir aktivi qalmayıb. O, biznesini satmağın ona övladlarına, eləcə də həyatının bizneslə bağlı olmayan digər aspektlərinə diqqət yetirmək imkanı verəcəyini vurğulayıb.
Əvvəllər Avdeyevin sərvəti 1,2 milyard dollar qiymətləndirilirdi; o, “Forbes” reytinqində 108-ci yerdə idi. Milyarder həm də çoxuşaqlı atadır: onun altı öz övladı və 17 övladlığa götürülmüş uşağı var.
2024-cü ilin yayında məlum oldu ki, Avdeyev və Sudarikova məxsus “Rossium” konserni tərtibatçı “Inqrad”ı “Sminex”ə satmaq qərarına gəlib. Müqavilənin dəyəri 40 milyard rubl olaraq qiymətləndirilirdi. Mütəxəssislər bu qərarın mümkün səbəbi kimi “İnqrad”ın qeyri-kafi gəlirliliyini və “Rossium” səhmdarlarının biznesin digər sahələrini inkişaf etdirmək istəyini göstəriblər.
Musavat.com
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ