İnsanlara hürriyət, millətlərə istiqlal!

23 ölkədən 59 şirkət Ukrayna ilə bağlı RAZILAŞDI

Kiyevlə birlikdə 23 ölkədən 59 şirkət silah istehsalı üçün Müdafiə Sənayesi Alyansına qoşulub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, şirkətlər lazım olan silahları Ukrayna ilə birlikdə istehsal edəcək.

Qeyd edək ki, sentyabrın sonunda Ukrayna hökuməti xarici silah istehsalçılarının qoşula biləcəyi Müdafiə Sənayesi Alyansının yaradıldığını elan edib.

Fond müdafiə aktivlərindən, özəl investisiyalardan, habelə müsadirə edilmiş Rusiya aktivlərinin satışından əldə edilən gəlirlərdən yaradılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR