Onlayn ictimai-siyasi qəzet
"Büdcə gəlirləri 5,3% çox 38,316 milyard manat, xərcləri 4,1% artaraq 41, 367 milyard manat proqnoz edilir. Beləliklə, kəsirin proqnozu 3,05 milyard manat olur".
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, gəlirlərin 49 faizi neft, 51 faizi qeyri-neft gəlirlərinin hesabına formalaşacaq: "Eyni zamanda gəlirlərin 15,5 milyard manatı vergi, 6,6 milyard manatı gömrük, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür. Qeyd etdiyim kimi tarixin ən böyük transfer həcmi 14,448 milyard manat isə Dövlət Neft Fondundan reallaşacaq. Bu isə büdcə gəlirlərinin təxminən 38 faizinə bərabərdir. Qeyd edim ki, 2024-cü ilin büdcəsi hazırlanarkən transferin həcmi əvvəlki illə müqayisədə artımı 1,5 faiz olub. Budəfəki artım faizi isə 12 faizlik ciddi dinamika nümayiş etdirir.
Büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir.
Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılacaq ki, bunu bu sənədin müsbət tərəflərindən biri kimi qeyd edə bilərik. Çünki bu məbləğ və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edəcək. Birbaşa əhalinin sosial cəhətdən həssas qrupları üçün 4,8 milyard manat manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat və s vəsait ayrılacaq. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək.
İqtisadçı əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma üçün 4 milyard manat ayrılacaq: "Müdafiə və milli təhlükəsizliyin məsələləri üçün 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Bu xərc maddəsinə baxanda adam ilk bunu düşünür ki, əgər qonşularımız yaxşı qonşu olsaydı, bu maddə üzrə olan xərcin ən azı 4 milyard manatı ölkə olaraq digər vacib problemlərimizin həllinə (sosial ödənişlər, təhsil və s.) xərcləyə bilərdik. Amma nə edəsən ki, coğrafiya taledir.
Təhsil xərcləri 8,7 faiz artaraq 4,9 milyard manat, səhiyyə xərcləri 7 faiz artaraq təxminən 2 milyard manat, iqtisadi fəaliyyət xərclərinə 4,4 milyard manat, “Yaşıl büdcə” üzrə xərclərə 1,3 milyon manat vəsait nəzərdə tutulur.
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi isə gəlir və xərcləri bərabər olmaqla hər ikisi 7 milyard 676 milyon manat təşkil edəcək. Bu göstərici 2024-cü illə müqayisədə 726,6 milyon manat və ya 10,5% çoxdur. Xərclərinin 96,5%-i ilə əhaliyə ödənişlər olacaq".
Afaq Mirayiq,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ