İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ilin ən sevilməyən məşhurlarının adı AÇIQLANDI - FOTO

2024-cü ildə ən çox nifrət edilən məşhurların adları açıqlanıb.

Onların reytinqini “Ranker” xarici portalı tərtib edib.

Qeyd olunub ki, bu il ən çox sevilməyən ulduzlar Şahzadə Harrinin həyat yoldaşı Sasseks hersoginyası Meqan Markl və Hollivud aktyoru Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Herd olub.

Xatırladaq ki, Şahzadə Harri ilə Meqan Markl krallıq vəzifələrindən geri çəkilərək ABŞ-yə köçüblər, Ember Herd isə keçmiş əri, aktyor Conni Deppə böhtan atıb.

Ən sevilməyənlər siyahısına teleaparıcı Ellen DeCeneres (üçüncü yer), Şahzadə Harri (dördüncü yer) və Opra Uinfri də (beşinci) daxildirlər. Reytinqdə həmçinin Kris Braun, Kim Kardaşyan, Kanye Uest, Kayli Cenner və başqalarının da adları yer alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR