Onlayn ictimai-siyasi qəzet
Gəlin etiraf edək ki, bürclərlə maraqlanmasaq və inanmasaq da, Yeni İl ərəfəsində astroloqların gələn il üçün hazırladığı astroloji proqnozlarını səbirsizliklə gözləyirik. Xüsusilə maliyyə ilə bağlı ulduz fallarını. Yaşıl Taxta Əjdaha gələn ilin hər kəs üçün uğurlu olacağını vəd etməsinə baxmayaraq, maliyyə sahəsində ilin mifik simvolu yalnız bir neçə favorit seçib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, tarotoloq Qalina Yankonun 2024-cü il üçün bürclərin maliyyə durumu ilə bağlı hazırladığı proqnozunu təqdim edir.
O, bildirib ki, bəzi bürclər maliyyə məsələlərini asanlıqla həll edəcək, bəziləri isə böyük pullar qazanmaq üçün çox çalışmalı olacaqlar.
Qoç (21 mart - 19 aprel)
Alov ünsürü olan Qoç bürcləri ilə yaxşı notlarla başlamalıdılar. Çox güman ki, əhəmiyyətli artım əldə edəcəksiniz, lakin uğurun başınızı gicəlləndirməsinə imkan verməyin. Həmkarlarınızla nəzakətli olun və rəhbərlərinizə qarşı çıxmayın. İş adamları yaradıcı ideyaları sayəsində rəqiblərindən qat-qat irəlidə ola biləcəklər. Bir çox tender/sifariş qazanacaq və yaxşı pul əldə edəcəksiniz. 2024-cü il ağıllı yatırımlar üçün yaxşı vaxtdır.
Buğa (21 aprel - 20 may)
İlin əvvəli Buğalar üçün çox yaxşı başlamayacaq. Maaşların və gəlirlərin yatırılmasında gecikmələr ola bilər ki, bu da stress və təlaşa səbəb olacaq. Astroloqun fikrincə, yazın sonlarında vəziyyət xeyrinizə doğru dəyişəcək, Siz yaxşı nailiyyətlər və karyera uğurları, həmçinin bir neçə mənbədən gəlir əldə edə biləcəksiniz. İlin ikinci yarısında iş adamlarının mənfəəti əhəmiyyətli dərəcədə artacaq. Yayın əvvəlində hər hansı investisiyalardan çəkinmək tövsiyə olunur.
Əkizlər (21 may - 20 iyun)
İl Əkizlər üçün də maddi baxımından uğurlu olacaq. Yazın ikinci yarısı və yayın əvvəli sizə böyük qazanc gətirəcək. İş adamları ilin əvvəlində "qızıl mədəninə düşəcəklər", şirkətin genişləndirilməsi və böyüdülməsi ilə bağlı bütün planlar həyata keçiriləcək və biznesinizə xeyir gətirəcək. Bununla belə, ulduzlar pulla ehtiyatlı olmağı tövsiyə edir: qənaət etməyi öyrənməsəniz, gəlirinizlə bərabər xərcləriniz də artacaq.
Xərçəng (21 iyun - 22 iyul)
Xərçənglər maliyyə ilə bağlı çox stress və təzyiqlə üzləşəcəklər. Gözlənilməz maneələr və gecikmələr iş qrafikinizi pozacaq, nəticədə böhranla üzləşə bilərsiniz. Pul itirmək ehtimalı var və biznes təəssüf ki, yalnız orta dərəcədə irəliləyəcək. Bu səbəbdən bəzi eniş-yoxuşlar yaşayacaqsınız. Odur ki, hər hansı investisiya və genişlənmə planlarını hələlik bir kənara qoymaq tövsiyə olunur.
Şir (23 iyul - 22 avqust)
Şirlər nəhayət ki, zəhmətlərinin bəhrəsini tam olaraq ala biləcəklər. Sizi əla qazanclar gözləyir, ulduzlar ilin böyük hissəsinin sizin xeyrinizə olacağını vəd edir, ona görə də daha çox çalışın və bu xoş vaxtdan maksimum yararlanın. Xaricə iş səfəri çox faydalı olacaq və sizə zəngin dividentlər gətirəcək. İş adamları xaricdə istənilən şirkətlə əməkdaşlıq edə biləcək və böyük fayda əldə edəcəklər. Ancaq unutmayın ki, 2024-cü il daşınmaz əmlaka investisiya etmək üçün yaxşı vaxt deyil. Və sizi nə qədər yoldan çıxartsa da, tez pul qazanmaq üçün heç bir sxemə girməməlisiniz.
Qız bürcü (23 avqust - 22 sentyabr)
Qız bürclərinin maliyyə durumlarında kəskin dəyişikliklər gözlənilmir. İşlər əvvəlki kimi inkişafını dayandırmayacaq və gözlənilən nəticələr gecikmə ilə gələcək. Bizneslə məşğul olan bürcün nümayəndələri rəqiblərlə mübarizədə çətinliklərlə üzləşəcək və ilin ortasında kiçik itkilərə məruz qalacaqlar, lakin soyuqqanlılıq və qətiyyət durğun dövrü aradan qaldırmağa kömək edəcək. Əjdaha ili sizi istədiyiniz qədər sevindirməsə də, həyatınızda ciddi böhran gözlənilmir.
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Tərəzi bürcünün nümayəndələri bu il çox şey əldə edəcəklər. Ulduzlar ilin ikinci yarısında hər cür artım və bonuslar proqnozlaşdırırlar. Maliyyə vəziyyəti sabit olacaq, lakin ulduzlar israfçı olmamağı məsləhət görür. İnvestisiya ilə maraqlanırsınızsa, riskdən qaçın və bütün hüquqi məsələləri nəzərdən keçirin.
Əqrəb (23 oktyabr - 21 noyabr)
Yeni ildə Əqrəblərin maliyyə yolu bir cəhətdən perspektivli başlayacaq. Zəhmətiniz yüksək mükafatlandırılacaq və keçmiş investisiyalarınız yaxşı gəlir gətirəcək. Biznes sürətlə inkişaf edəcək, çoxlu gəlir gətirəcək. Maddi vəziyyətiniz sabit olacaq və çox şey əldə edə biləcəksiniz. İyun-iyul aylarında yeni avtomobil, yeni ev və ya başqa bahalı daşınmaz əmlak ala biləcəksiniz.
Oxatan (22 noyabr - 21 dekabr)
Oxatanlar sabit maddi qazanc əldə edəcəklər. Yazın əvvəlində xarici işgüzar səfər yeni perspektivlər və maddi mükafatlar gətirəcək. Yayın əvvəlindən başlayaraq qışa qədər ulduzlar sizə yaxşı bonuslar və maaş artımları vəd edir. İş adamları çox güman ki, yüksək nəticələr əldə edəcəklər və fəaliyyətlərinin miqyasını artırmağa və genişləndirməyə çalışacaqlar, həmçinin yüksək qazanclar əldə edəcəklər. İl sonunda bəzi gəlirli sərmayələr yatıracağınız ehtimal olunur.
Oğlaq (22 dekabr - 19 yanvar)
Oğlaqlar karyeralarında enişli-yoxuşlu hadisələrlə yanaşı, pul qazanmaq və ziyana düşmək arasında dalğalanmalar yaşayacaqlar. İlin əvvəlində işlər gözlədiyiniz kimi getməyə bilər. Bəzi maneələr nəticələri gecikdirə və maliyyə itkilərinə səbəb ola bilər. İnsanlarla ünsiyyət qurarkən diqqətli olmalısınız - maliyyə və pul qazanmağın sirlərini heç kimə verməyin. İş adamları rəqiblərinə qarşı diqqətli olmalıdırlar. Payıza doğru maliyyə məsələlərinin xeyli yaxşılaşacağı gözlənilir.
Dolça (20 Yanvar - 18 Fevral)
Dolçalar gələn ilin ilk iki ayında xeyli çətinliklərlə üzləşəcəklər. İş adamları rəqiblərinə məğlub ola bilər, buna görə də görülən işin keyfiyyətinə diqqət yetirmək lazımdır. Maliyyə baxımından ilin əvvəli məyus olacaq, xərclərinizi idarə etməli və ağıllı xərcləməli olacaqsınız, lakin sonra hesabınız yenidən dolub-daşacaq və yayın əvvəlində yeni mənbələrdən görünməmiş mənfəət əldə edəcəksiniz.
Balıqlar (19 fevral - 20 mart)
Balıq bürcünün nümayəndələri də bu il karyeralarında eniş-yoxuşlar yaşayacaqlar. Hər hansı bir yüksəliş gözləyənlər məyus ola bilər. Artımlar və bonuslar qənaətbəxş olmayacaq. Balıqlar üçün 2024-cü il gözləmə və izləmə ilidir. Oğurluq, dələduzluq və digər mümkün fırıldaqlardan çəkinin.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ