İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ildə 87 min miqrant Rusiyadan zorla çıxarılıb

Keçən il məhkəmə icraçıları tərəfindən 90 minə yaxın miqrant məhkəmə qərarları əsasında Rusiya Federasiyasından məcburi qaydada çıxarılıb.

Musavat.com nq.ru saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FMİX) direktoru, Rusiyanın baş məhkəmə icraçısı Dmitri Aristov məlumat verib.

“2024-cü ildə Rusiya Federasiyasından 87 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs çıxarılıb və 66 xarici dövlətə göndərilib. Bu, 2023-cü illə müqayisədə (o zaman 44 min əcnəbi 60 dövlətə göndərilib) təxminən iki dəfə çoxdur”, - FMİX rəhbəri bildirib.

Məcburi deportasiyaya məruz qalan əcnəbilərin əksəriyyəti əsasən MDB ölkələrindəndir (Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan). Bundan əlavə, məhkəmə icraçıları Kuba, Vyetnam, Sudan, Çin, Misir və digər ölkələrə də deportasiya həyata keçirib.

FMİX həmçinin fahişəliklə məşğul olan altı Nigeriya vətəndaşının Sverdlovsk, Saratov və Tümen vilayətlərindən qovulmasını da təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR