İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ilin ən yaxşı səyahət istiqamətləri: "Forbes" reytinqində Azərbaycan

Nüfuzlu "Forbes Advisor" jurnalı 2023-cü ildə turlar və səyahətlər üçün ən maraqlı yerlərin siyahısını hazırlayıb.

AzVision.az xəbər verir ki, jurnalın səyahət üçün seçdiyi ölkələr arasında Azərbaycan da var.

"Forbes" məsləhətçisi Anya Kartaşovanın tövsiyələrində qeyd olunur ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. 1800-cü illərin ortalarında ilk kommersiya neft buruqunun qazılmasından sonra Xəzər dənizinin sahilində yerləşən şəhərin ölçüsü çox böyüyüb (2020-ci ilin əhalisi 2 milyon nəfərdən çox idi).

Turistlərə bildirilir ki, əgər onlar Bakıya gəlsələr orta əsrlərə aid İçərişəhərin divarlarının yanında parlaq Alov Qüllələrini və sovet memarlığını neft buruqlarının yanında məscidləri tapa biləcəklər:

"Bakı həm də "Formula 1" yarışı olan Azərbaycan Qran Prisinin vətənidir, ona görə də, əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışl izləyə bilərsiniz".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR