İnsanlara hürriyət, millətlərə istiqlal!

20 ildir axtarışda olan qatilin polis olduğu üzə çıxdı

ABŞ-da qətl törədən Antonio "El Diablo" Riano 20 il sonra tapılıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, onun bu müddət ərzində həyatı eşidənləri şoka salıb.

2004-cü ilin dekabrında Milad bayramı ərəfəsində ABŞ-ın Ohayo ştatının Cincinnati şəhərindəki barda Riano 25 yaşlı kişi ilə mübahisə edib. Onların mübahisəsi ölümlə başa çatıb - Riano rəqibini tapança ilə vurub, sonra isə qaçıb. Adam dərhal ümummilli axtarış siyahısına salınsa da, bir neçə illik aktiv axtarışlar nəticə verməyib və bir müddət "El Diablo" unudulub.

Təxminən 20 il sonra bir detektiv sosial şəbəkədə Rianonu tapıb. Rianonun əsl adını dəyişməməsi və ən məşhur saytlardan birində öz fotoşəkillərini yerləşdirməkdən çəkinməməsi istintaqı təəccübləndirib. Onun profilində Meksikanın Oaxaca əyalətində polis məmuru işlədiyi də qeyd olunub.

ABŞ müstəntiqləri Rianonun Zapotitlan Palmas Polis Departamentində işlədiyini öyrənmək üçün Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıblar. Qarşı tərəf bu məlumatı təsdiqləyib. Danışıqlar zamanı Meksika Rianonu məhkəmə icraçılarına təhvil verib. O, 20 il əvvəl qətldə ittiham olunduğu Ohayo ştatına aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR