Onlayn ictimai-siyasi qəzet
Aktrisa Vaynona Rayder Hollivuddakı karyerası ərzində bir neçə dəfə cinsi təcavüzün qurbanı olduğunu etiraf edib.
Bu, ilk dəfə aktrisanın 20 yaşı olanda baş verib.
O, bu barədə "Esquire" jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, 20 yaşından o, bir neçə dəfə təcavüzə məruz qalıb və bunu olduqca ağır keçirib. O, ad çəkməsə də, bunun onun üçün filmlərdə rol almaqda çətinlik yaşatdığını bildirib.
O bildirib ki, 30 yaşından sonra bu təkrarlandı. Daha sonra “Ruhların evi” filminin çəkilişləri zamanı zorlama ittihamı ilə hazırda həbsdə olan prodüser Harvi Vaynşteyn ona təcavüz edib.
52 yaşlı aktrisanın dediyinə görə, o, Harvi Vaynşteynin rəhbərlik etdiyi "Miramax" tərəfindən qara siyahıya salınıb. O, bunun dəqiq səbəbini bilmir, amma güman edirdi ki, “çox şey bildiyi” üçün onun ondan xoşu gəlmir. (Axşam.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ