Onlayn ictimai-siyasi qəzet
Onlayn qumar oyunları təşkil etməkdə təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində onun müdafiə hüququnun pozulduğu müəyyən edilib.
Musavat.com xəbər verir ki, Ruslan Karlin istintaq zamanı tərcüməçi ilə təmin olunmayıb.
Həm də rəsmi sənədlərdə tarixlərin qələmlə dəyişdirilməsi müəyyən edilib. Buna görə iş prokurorluğa qaytarılıb.
Rəsmi məlumata görə, Ruslan Karlin 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Azərbaycan banklarına məxsus bank kartı məlumatlarını və sim kartları ölkə hüdudlarından kənarda olan şəxslərə göndərməkdə və həmin bank kart məlumatlarını qumar oyunları, eləcə də qanunsuz idman mərc oyunlarının təşkil edildiyi onlayn platformalara qoymaqda ittiham edilib.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu yolla 2 milyon 642 min 072 manat pulu leqqallaşdırıb.
Ruslan Karlin Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə ittiham edilib.
İ.Muradov
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ