Onlayn ictimai-siyasi qəzet
İstanbulda 19 yaşlı Asiyə Nur Atalayı küçənin ortasında öldürən Ümit Karakoyun və ona kömək etdiyi iddia edilən Məsut Gezerin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, məhkəmə zamanı qatilin çıxışı hər kəsi qəzəbləndirib.
"Onu sevirdim. Nə vaxtdan sevmək cinayət olub? Asiyənin ailəsindən üzr istəyirəm",- deyə ömürlük həbsi istənən Ümit Karakoyun bildirib.
Ümit Karakoyun istehza ilə dediyi sözlər öldürülən 19 yaşlı gəncin ailəsini qəzəbləndirib.
Məhkəmədə digər şübhəli Bayram Atalayın bundan əvvəl 16 cinayət törətdiyi və cəzasının azaldılmamalı olduğu səsləndirilib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ