İnsanlara hürriyət, millətlərə istiqlal!

19 yaşlı qızı 14 il əsir saxlayan “Smolino manyakı” dispanserə yerləşdirilib

Çelyabinsk şəhərinin Sovetski rayon məhkəməsində qadını 14 il əsir saxlayan “Smolino manyakı” Vladimir Çeskidovun işi üzrə ilk məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ura.ru yazır.

Məhkəmə qarşısına pijamasında gətirilən Çeskidovun psixiatriya xəstəxanasında saxlanma müddəti altı ay - noyabrın 29-dək uzadılıb. Bu iş üzrə növbəti məhkəmə iclası iyunun 26-na təyin edilib.

Smolino kənd sakini 2009-cu ildə 19 yaşlı qızı qaçıraraq 14 il evinin otaqlarından birində saxlayıb. Qadın yalnız 2023-cü ilin iyul ayının sonunda, manyak psixi xəstəliyinin kəskinləşməsi səbəbindən xəstəxanaya yerləşdirildikdə qaça bilib. Əsirlikdən azad edildikdən sonra qadın bildirib ki, onu əsir götürən şəxs kömək çağırmaq istəyərkən başqa bir məhbus qıza divan tutub.

V.Çeskidov və anası saxlanılıb. Müstəntiqlər Çeskidov və onun anasını adam oğurluğunda ittiham ediblər.

Ancaq 2024-cü il may ayının sonunda Vladimir Çeskidovun anası cinayətdə iştiraka görə məsuliyyətdən yayınıb. Halbuki o, 14 il ərzində oğlu ilə əlbir şəkildə 19 yaşı qızı əsir saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR