İnsanlara hürriyət, millətlərə istiqlal!

19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu - FOTO

Türkiyənin Zonguldak vilayətinin Ereğli mahalına bağlı Gülüç Bələdiyyəsində illərlə çalışan Sadık Rəcəb Kara bələdiyyə sədri seçilib.

19 il rəsmi sürücü, ümumilikdə 27 il bələdiyyədə işləyən Kara fevralın 12-də keçirilən seçkidə 8 səs toplayaraq vəzifəyə təyin olunub.

İYİ Partiya məclis üzvlərinin dəstəyini qazanan Kara xalq üçün çalışacağını və 4 il sonra yenidən namizəd olacağını bildirib. "Xalqın içindən gəlirik və onların problemlərini yaxşı bilirik" deyən Kara bələdiyyənin bütün imkanlarını vətəndaşların xidmətinə səfərbər edəcəyini vurğulayıb.

Kara səlahiyyət müddətində xalq tərəfində olacağını və qapısının daim onlara açıq olacağını bildirib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR