İnsanlara hürriyət, millətlərə istiqlal!

18 dövlətin başçısı Rusiyaya getməyə razılaşıb

Rusiya oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə 36 xarici dövlət başçısını dəvət edib və artıq 18-dən razılıq alınıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Prezidentin köməkçisi aydınlaşdırıb ki, doqquz üzv ölkədən əlavə MDB ölkələrinin rəhbərləri, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlətlərin, qrupa üzvlük üçün müraciət edən, yaxud onunla əməkdaşlıq edən bir çox ölkələrin rəhbərləri görüşə dəvət alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR