İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı Turanı öldürən Ruslanın məhkəməsindən GÖRÜNTÜLƏR - VİDEO

Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsindən görüntülər yayılıb.

Bu barədə görüntülər jurnalist Orxan Rasifoğlu tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən 16 yaşlı Turanın yaxınları qatilin ömürlük həbs edilməsini istəyiblər.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR