Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Şağandakı Olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, kriminal-jurnalist Ceyhun Hamidov qətl baş verməzdən əvvəl Ruslan Səfixanovun mağazadan spirtli içki alması ilə bağlı görüntüləri yutub səhifəsində paylaşıb.
Görüntüləöri təqdim edirik:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ