İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı oğlandan uşaq doğan 13 yaşlı qızla bağlı AÇIQLAMA

"Dünən 13 yaşlı qızı xəstəxanadan çıxardım. Sığınacaqda onun reabilitasiyaysı, psixoloji durumu və səhhəti ilə bağlı müalicələr gedir".

Musavat.com xəbər verir ki, bunu “lent.az”a açıqlamasında 13 yaşlı qızın 15 yaşlı oğlandan dünyaya uşaq gətirməsindən danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, qız məktəbə getmir:

"O, hələ bu tezliklə məktəbə gedə bilməz. Tam sağalandan sonra gedə bilər. Körpənin vəziyyəti stabildir. Hazırda doğum evindədir. İndi sənədləşmə aparırıq. 13 yaşlı qızın özü uşaq olduğu üçün mütləq dünyaya gətirdiyi uşağın qəyyumluğunu kimsə üzərinə götürməlidir".

Onun sözlərinə görə, sabah körpənin vəziyyəti qiymətləndiriləcək:

"Bu qəyyumluğu da uşağın nənəsi, yəni 13 yaşlı qızın anası şifahi olaraq mənə verib. Ehtimal edirəm ki, sabah icra hakimiyyəti, sosial xidmətlər agentliyindən, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən uşağın vəziyyətinin qiymətləndirmək üçün monitorinq qrupu gələcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR