İnsanlara hürriyət, millətlərə istiqlal!

15-16 yaşlı qızlarla yaşayan oğlan həbs olundu

Özbəkistanda 15 yaşlı iki qızla ər-arvad münasibətində yaşayan 19 yaşlı gənc həbs olunub.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, iki azyaşlı qızla yaşayan Qarşi sakinininə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

2019-cu ilin dekabrında, 18 yaşına bir neçə həftə qalmış gənc oğlan 15 yaşlı qızı birlikdə yaşamağa dəvət edib. Qız razılaşıb və birlikdə yaşamağa başlayıblar. 2022-ci ilin avqustunda isə artıq 19 yaşı olan oğlan evə daha bir 15 yaşlı qız gətirib və onun birinci arvadı üçlükdə yaşamalarına etiraz eməyib.

Birinci arvad təqsirləndirilən şəxsdən uşaq dünyaya gətirib. Hər iki qız məhkəmədə müttəhhimi müdafiə edərək, böyük, şən ailədə yaşamaqdan məmnun olduqlarını və oğlana qarşı heç bir iddialarının olmadığını bildiriblər. Eyni zamanda, məlum olub ki, qeydiyyat şöbəsində onların rəsmi nikahı qeydə alınmayıb.

Ötən ay Qarşi məhkəməsi oğlanı çoxarvadlılıqda və 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR