İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - VİDEO

Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər.

Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərində problem olub:

“Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. Qanı da satdılar, pulunu yedilər. Üç mindən çox pul çıxdı. Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərində problem var”.

Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub.

Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR