İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı qıza qarşı əxlaqsızlıq edən 44 yaşlı kişiyə hökm oxundu

Şamaxıda 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxsin 44 yaşı var.

Rasim (ad şərtidir) qohumu olan 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Özünə məxsus telefonda ona videolar izlədib. Ardınca da uşağa əxlaqsız təkliflər edib. Uşaq ondan qorxaraq evə qaçıb.

Qızın valideynlərinin şikayəti əsasında Rasim saxlanılıb və məsuliyyətə cəlb edilib.

Məhkəmə istintaqı zamanı Rasim baş verənlərə görə üzr istəyib. İstintaqda etirafedici ifadə versə də, məhkəmədə özünü təqsirli bilməyib. Azyaşlının valideynləri Rasimi bağışlayıb.

Hökmə əsasən, Rasim 2 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR