Onlayn ictimai-siyasi qəzet
Dəhşətli təyyarə qəzalarının əksəriyyətinin səbəbi çox vaxt müəmmalı olaraq qalır.
“Eastern Air Lines” 401 nömrəli təyyarə qəzası da sirli qalan qəzalardan biridir. 1972-ci ilin dekabrında Floridanın Everqleyd bataqlıqlarında qəzaya uğrayan təyyarə Nyu Yorkdan Mayamiyə uçurdu. Uçuş heyəti nasaz ekranla havada ilişib qalıb. Onlar avtopilotun sıradan çıxdığını və istiqaməti itirərək qəzaya uğradığını dərk etməyiblər.
Sfera.az 101 nəfərin ölümünə səbəb olan bu müəmmalı təyyarə qəzasının təfərrüatlarını təqdim edir.
29 dekabr 1972-ci ildə kapitan Robert Loft və Donald Repo tərəfindən idarə olunan “Eastern Air Lines 401” reysi Nyu Yorkdan Mayamiyə uçurdu.
“Eastern Air Lines” 401 saylı reysi Mayami hava limanına çox yaxın olan Everqleyds bataqlıqları üzərində qəzaya uğradı və təyyarədə olan onlarla insan dəhşətli sonluğa sürükləndi.
Təyyarədə 163 sərnişin və 13 ekipaj üzvündən 101 nəfəri ölüb. Bəs 70-ci illərin ən qabaqcıl və ən son texnologiyası ilə dizayn edilmiş bu təyyarəsi aydın səmada necə qəzaya uğrayıb?
Mayami üzərində eniş edən pilotlar təyyarənin eniş qurğusunun işə salındığını göstərən işığın yanmadığını görəndə nasazlığın səbəbini tapa bilməyiblər və avtopilotu işə salıblar.
Amma hər şey üçün çox gec olub. İşığın yanmamasının səbəbini anlamağa çalışarkən pilotlar təyyarənin artıq aşağı düşdüyünü və yerə enməyə başladığını görüblər. Əslində avtopilotun işə düşmədiyi məlum olub və panika başlayıb.
Kapitanların son yazılan sözləri "Nə baş verir?" olub.
İçərisində 176 nəfərin olduğu təyyarədə, qəzadan sonra yalnız 75 nəfər sağ qalıb. Qəzaya səbəb sönməyən işıq əvəzinə, pilotların ehtiyatsızlıqdan eniş qollarına toxunması olub (bu sadəcə təxmin olaraq qalır).
Şirkət qəzadan sonra dağıntılardan çıxarılan təyyarə hissələrini başqa təyyarələrdə istifadə etmək istəsə də, bu sonradan ruhlar haqqında “nağılların” yaranmasına səbəb olub.
Yeni təyyarələrin dizaynında istifadə edilən köhnə hissələrin hadisə yerində ölən pilotların ruhlarını bu təyyarələrə daşıdığı iddia edilib. Hətta ruhların təyyarənin içərisində göründüyü bildirilib.
Bundan əlavə, vəfat edən pilotların ruhlarının bu yeni təyyarələrdə qəzaya səbəb ola biləcək nasazlıqlar barədə təyyarənin ekipajını xəbərdar edib və müəmmalı şəkildə yoxa çıxdığı da deyilirdi.
İllər keçsə də, qəzanın sirri hələ də açılmamış olaraq qalır. Lakin pilotların səs yazılarından da anlaşılacağı kimi problemin yaranmasına səbəb, böyük ehtimalla 10 dollarlıq lampanın sıradan çıxması olub.
Qəza yerindən ən ağır mənzərə isə oyuncaq gəlincik görünən bu fotodur:
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ