Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası qarşıdakı bir il ərzində 1 milyon qanunsuz miqrantı ölkədən çıxarmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Qeyd edilib ki, əgər bu hədəf reallaşarsa, bu, ölkə tarixində ən yüksək deportasiya göstəricisi olacaq.
Məqalədə vurğulanır ki, indiyə qədər ən böyük deportasiya prosesi Barak Obamanın prezidentlik dövründə həyata keçirilib – həmin vaxt ildə 400 min miqrant ölkədən çıxarılmışdı.
Son rəsmi qiymətləndirmələrə əsasən, hazırda ABŞ ərazisində təxminən 11 milyon qeyri-qanuni miqrant yaşayır. Yeni plan bu sayın ciddi şəkildə azaldılmasına yönəlib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ