Onlayn ictimai-siyasi qəzet
Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.
Milli.Az xəbər verir ki, qala 18-ci əsrdə Rusiya-İsveç müharibəsi dövründə müdafiə məqsədilə tikilib. Müharibədən sonra hərbi əhəmiyyətini itirən istehkam sonradan qaçqın düşərgəsi, xəstəxana və təlim sahəsi kimi istifadə olunub. Sonuncu dəfə 2005-ci ildə istifadə edilib və illərlə baxımsız qalıb.
Yeni plana əsasən, ərazidə muzey, sərgi və tədbir sahələri yaradılacaq və qala yaxın illərdə ictimaiyyətə açılacaq.
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ