Свобода людям, независимость нациям!

Yaradana görüntülü şikayət

 

Kim deyir ki, həyaszılığın da həddi olur? Xeyr, o kainat qədər sonsuzdur. Necə ki milyon il yol gedərsən, kainatın sonuna çıxa bilməzsən, eləcə də milyon il yaşasan, insan həyasızlığının zirvəsini və ya dibini görməzsən. İnsan alçaqlığı Mariana çökəkliyindən də aşağılara enə bilir.

Bax, budur, 7 rayonumuzu, 1000-ə yaxın şəhər, qəsəbə, kəndimizi Yer üzündən silən, nəinki yaşanılması mümkün olmayan əraziyə çevirən, hətta xarabalıqlarının təmizlənməsini zəruri edərək bizə iş artıran ermənilər ölkəmizi məhkəməyə verib.

II dünya müharibəsində almanlar Belarusun Xatın adlı bir kəndini yandırmışdılar, sovet təbliğatı 45 il beynimizi “azğın faşistlər Xatın kəndini Yer üzündən siliblər” deyə xarab elədi. Ermənilər isə Qarabağ mahalında 1000-ə yaxın Xatın təşkil ediblər və buna görə cavab verməyəcəklərini düşünürlər.

Əslində o şəhər və kəndlərin yeri işğaldan azad olunduqdan sonra hər cür lazımi sənədləri toplayaraq, erməni qəsbkarları beynəlxalq arbitraj məhkəməsinə verməli və azı 100 milyard dollar həcmində təzminat tələb etməliydik. (İndi Ədalət doktor zəng edəcək ki, 150 milyard olmalıdır).

Ermənistan özünü ayrı-ayrı hərraclarda 3 dəfə satışa çıxarsa da, o cəriməni ödəyib qurtara bilməz. Amma biz hələ beynəlxalq məhkəməyə müraciət etməmişik, necə deyərlər, bu hüququ özümüzdə saxlayırıq. Xarabalıqların şəklini isə dronla, “Nixon”la, smartfonla çəkən strukturlar vardı. Güman ki, bir gün ortaya məhkəmə iddiası çıxacaq.

Ermənistan yazının birinci cümləsində bəhs etdiyim insani xislətlə götürüb bizi BMT-nin Haaqadakı beynəlxalq məhkəməsinə verib və təşkilatın nizamnaməsinin 41-ci maddəsinə istinad edib. O müddəa belədir: “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyada təsbit olunmuş hüquqları qorumaq və müdafiə etmək”.

Bəli, düz oxudunuz: “İrqi ayrı-seçkilik”...

“Bu haradan çıxdı, bu nə deməkdir” sualının cavabı yenə yazının birinci cümləsindədir. Bu, həyasızlıqdan başqa bir şey deyil.

Məlum olduğu kimi, dünyada 3 irq var: Neqroid, avropoid, monqoloid. Bir də bu irqlərin kəsişmə sərhədlərində olan “Qafqaz irqi” deyilən bir şey var, amma etnologiya və antropologiya elmi bunu avropoid irqinin bir qolu hesab edir, müstəqil irq sayılmır.

İndi ermənilər özlərini nə hesab edirlər, bizi nə hesab edirlər? Biz monqoloidik, özləri avropoid-qafqazoid?

Allah işlərini avand eləməsin, bir güzgüyə baxsınlar, görsünlər, özləri nəyə oxşayır, biz kimə oxşayırıq. Əslində sir-sifətcə biz və ermənilər bir-birimizə çox bənzəyirik. Necə ki biz rastlaşanda nigerlərlə niheriyalıları fərqləndirə bilmirik, dünyanın başqa yerlərində də yanaşı durmuş azərbaycanlını, ermənini, hətta gürcünü bir-birindən ayıra bilmirlər.

Bu xüsusda bir lətifə də var: Moskvada azərbaycanlı, gürcü və erməni otelin liftinə minirlər, bu vaxt liftdə iki yapon da olur. Qafqazlılar düşüb gedəndən sonra yaponun biri o birinə deyir ki, bu ruslar bir-birinə necə də oxşayırlar.

İndi işə bax ki, ermənilər bizi irqi ayrı-seçkilikdə suçlayır və barəmizdə müvəqqəti tədbirlər görülməsini tələb edirlər.

Onlar məsələyə ona görə irqçilikdən girirlər ki, avropalıların bu məsələdə həssas olduqlarını bilirlər. Avropa irqçiliyə qarşıdır, prinsipcə.

Görün, neçə yüz ildir ki, Avropa özü öz daxilində irqçiliklə mübarizə aparır, hələ ortaya bir banan salxımı qoya bilməyib. Əvvəllər futbol matçlarından öncə komandaların kapitanları meydançaya “İrqçiliyə YOX!” transparantları ilə çıxırdılar. Amma elə olurdu ki, oyunun ortasında rəqib komandanın qapıçısına tribunadan banan atır, qışqırırdılar ki, ey, meymun balası, sən bu bananı tut, topla işin olmasın. O da ağlayırdı. Hərçənd acığa bananı basıb yeyənlər də olurdu.

Bu məsələ hələ də aktualdır. Bizdə qaradərililərə, gözləri bir balaca qıyıq olan xalqların övladlarına olan xoş münasibət dünyanın heç yerində yoxdur. Tolerantlığın nə demək olduğunu bilməyən gədələrin şit zarafatları sayılmır. Uşaqdırlar, qanmırlar. Hərçənd bir dəfə bizim futbolçu Qara Qarayevlə qaradərili futbolçu Gerye eyni fotoda görüntülənmişdi, bir dost şəkli göndərib yazmışdı ki, bunu “İKİ QARA” şəkilaltısı ilə paylaşmaq olar. Cavab verdim ki, olmaz, irqçilik kimi çıxar.

Ermənilər isə deyir, azərbaycanlılar irqçilik edirlər, bizi yaşadığımız yerdən zorla deportasiya edirlər.

Bu boyda haqq-hesab olub, 23 saatlıq qanlı döyüş bitəndən sonra bir mülki erməniyə bir şapalaq dəyməyib, görün, nələr deyir, yazır, haralara müraciət edirlər.

Bu gün-sabah onlar kilsələrə yığılıb kütləvi şəkildə Uca Yaradana da müraciət edəcəklər. O da öz böyüklüyünü göstərə, deyə ki, buradan yaxşı eşitmirəm, gedin Ağdamdan, Füzulidən görüntülü yığın, danışaq, orda şəbəkə yaxşı tutur.

Нет комментариев

Новости автора