Общественно-политическая интернет газета
Bir çoxunuz təbii ki, Xankəndidə olmamısınız, İstanbulda isə dəfələrlə...Deyəsiniz, nə əlaqə? Məndən Xankəndinin necə şəhər olduğunu soruşanlara həmişə belə deyirəm: Xankəndi təpə aşağı gedərsənsə, elə bil İstanbulun məhəllələrindəsən...
Xankəndində çox olmuşam, baxmayaraq ki, bu qədim şəhərimiz spesifik “erməni iyi” səbəbindən də azərbaycanlılar üçün elə də cəlbedici olmayıb, yanından ötüb ya Şuşaya, ya Ağdama getmişik.
Onu da etiraf edim ki, Xankəndi ürəyimcə olan mövzu da deyil, çünki psevdovətənpərvərlər, reallığa evinin pəncərəsindən baxanlar qəbullanmırlar belə gerçəkləri yazanda.
Xankəndi 44 günlük vətən müharibəsindən sonra Azərbaycanda ən çox adı çəkilən şəhərdir, bunun da əsas səbəbləri bəllidir. Müharibədə Şuşadan sonra daha bir möcüzə gözləyirdim- Xankəndini...Möcüzə deyirəm, baxın, möcüzə...Bunun gerçəkləşməsinin Şuşadan da çətin olduğunu bilərək, möcüzəyə inanırdım, ya da inanmaq istəyirdim.
Birinci gerçək budur ki, Xankəndi Azərbaycan ordusuna bağlı məsələ deyil. Elə olsaydı, 2020-ci ilin noyabr ayında ordu Xankəndinin yaxınlığında idi. İndi bəziləri hələ də o fikiri təkrarlayır ki, “gərək ordu o zaman girəydi”. Ən ciddi adamlar da hələ də düşünürlər ki, problem Xankəndiyə girmək, bayrağımızı ora sancmaqdır, bununla da hər şey bitəcək...Bəziləri də düşünür ki, problem məsələn, özünü “prezident” və ya “nazir” kimi təqdim edənlərdədir. Problem sırf onlara bağlı olsaydı, əminəm ki, xüsusi təyinatlılar onları gecə yatanda yorğanına büküb maşına atardılar, biz də deyərdik, “Araik yoxdur, problem də yoxdur...”
İkinci gerçəklik budur ki, bizim dərdimizin(daha problem demirəm)kökü daha dərindir, əsası da bu milləti içimizə köçürüləndən- 1923-cü ilin iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan qoyulub. Heç onda Araikin ulu babası da Qarabağın səmtini bilmirdi. Beləcə, bu milləti etnik azlıq kimi içimizə atdılar, qarayara kimi yayıldılar, artdılar. Sağaltsan sağalmır, kəsib atmaq isə...nə yazıq ki, olmur. Bu onkoloji şiş deyil içərimizdə, nədirsə başqa bir bəladır...
Daha bir gerçək isə budur ki, Xankəndinə indiki şərtlərlə girmək asandır, amma ordan çıxmaq, daha doğrusu dövlət alaraq, altından çıxmaq çətindir. Xankəndi sadəcə, bir ərazi vahidi deyil, bu minalanmış ərazi kimidir, hətta ehtiyatsız addım hər şeyi əleyhimizə çevirə bilər, illərlə bunun altını çəkərik dövlət olaraq.
Deyim ki, Prezident Əliyev 44 günlük müharibədən sonra bu istiqamətdə gərəyindən artıq işlər görüb. Hətta daha konkret deyirəm: bir çox addımlarla riskə də gedib. Təfərrüata varmıram, amma bu da gerçəklikdir.
Beynəlxalq hüquq Azərbaycana bir çox üstünlüklər verir. Amma bizim qarşımıza da o beynəlxalq hüququ qoyurlar axı... Həm də erməninin dəstəyi var, diasporası dünyanın sözükeçən ölkələrində kabinetlərdə oturub, həmin dövlətlərin siyasətlərinə təsir rıçaqları var.
O da gerçəkdir ki, biz də əli-qolu bağlı oturası deyilik, şərtlərimiz bəllidir. Status yoxdur, qanusuz dəstələr oradan rədd olub getməlidir, ermənilər milli kimliklərini qoruyub saxlaya bilərlər, amma bunlar Azərbaycan qanunları ilə tənzimlənməlidir. Ermənilər o qədər rəzil millətdir ki, nə versən deyəcək, azdır. Heç nə verməsən, dünyanı üzərimizə qaldıracaqlar. Xankəndinə girib, 100 quldurunu tutub Bakıya aparsan,“etnik təmizləmə” deyib BMT-dən tutmuş, AŞ PA-nı, Avropa Parlamentini üzərimizə salacaqlar. Sonrası daha qaravəlli, amma bəlli...
Bunları xatırlatmaqla, yeni heç nə kəşf etmirəm, bir çoxları əlbəttə gerçəkləri bilir. Gerçək həm də budur ki, ermənilər hələ ki, bizim təkliflərimizə etinasız yanaşırlar, sıxışıblar, balacalaşıblar, amma ermənidirlər, hələ də oradadırlar. Özü də rusa-filana arxayın deyillər( sülhməramlılar da başqa bir gerçəklik), amma hələ ki, onlara möhtacdırlar, kölgəsində gizlənməyə məcburdurlar. Onlara daha ciddi mərkəzlərdən dəstək var, Xankəndidəki təxribatlar bizə erməni quldurlarının ağılsızlığı kimi gəlir, amma tam elə deyil. Azərbaycanı ona məcbur etmək istəyirlər ki, daha sərt tədbirlər görsün, bunu isə bizim əleyhimizə çevirsinlər.
İndi biz yazırıq: “Qisas-1”, “Qisas-2”, “Qisas-3” və sairə...Əslində, bu əməliyyatların adına da diqqət etməliyik. Aydındır ki, biz mülki ermənidən qısas almırıq, oradakı qanunsuz hərbi birləşmələrin əməllərinə cavab veririk.
Sonuncu gerçəklik budur ki, hələ də qəliz vəziyyətlə qarşı-qarşıyaq amma bu da aşılmaz deyil. Azərbaycan səbrlə və ağıllı siyasətlə bu işin öhdəsindən gələ biləcək. Demək bizə indi ən çox lazım olan həm də səbrdir, bu da bir gerçəklik...
Nazim SABİROĞLU,
Musavat.com
КомментарииОставить комментарий