Общественно-политическая интернет газета
Ermənistanın çox uğursuz bir keçmiş xarici işlər naziri var: Vardan Oskanyan. Getdikcə Qarabağdakı keçmiş xunta rejiminin “siması” sayılan Artak Beqlaryana bənzəməyə çalışan bu kaftar ağzını bir ayağının burda, birinin gorda olduğunun fərqində deyil, yenidən gərginlik ocağı alışdırmağa, iki xalq arasında on illərdir davam edən qanlı müharibəni davam etdirməyə çalışır.
Bu günlərdə növbəti dəfə Qarabağla bağlı iddialar irəli sürməyin boş və mənasız olduğunu etiraf edən baş nazir Nikol Paşinyan sülh təşəbbüslərinə qarşı çıxan Oskanyan “masanın üstündə qondarma sülh sazişi var”-deyərək cəmiyyəti revanşa səsləyir. İddia edib ki, guya əvvəllər bu sənəddə hansısa “artsax xalqı”nın “hüquq və müstəqilliyi”ndən bəhs edən 9-cu bənd olubmuş, amma son variantdan çıxarılıb. Həyasız adam sonra da deyir ki, “müqavilə belə məzmunda imzalansa, o zaman “artsax” səhifəsini bağlayacağıq”. Özünü çoxbilmiş kimi göstərən Vardan Oskanyan guya “detallı” danışmağa cəhd göstərib. Deyəsən, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin icra olunmaması ilə nəyisə qarışdırıb. “Artsax nağılı”nın bitdiyini Şahramanyan da etiraf edib, Ruben Vardanyan, Araik Arutyunyan, sarsaq iddianın ideoloqlarının bir qismi Bakı həbsxanasında “dincəlirlər”, böyük qələtə yol verdiklərini etiraf edirlər, cəhənnəmin dibindən xortlayan Vardan hələ indi ayılıb deyir “...artsax səhifəsi bağlanacaq”. Görün Ermənistanın xarici siyasətinə kim rəhbərlik edib və illərlə Azərbaycan kiminlə sülh danışığı aparıb. Bu adamda elementar reallıq hissi belə yoxdur, başkəsən, qatil cildində çıxış edir.
Sarsaqlamaya baxın: “Artsax”ı unutmaq keçmişi, tariximizi, bütün mədəni irsimizi unutmaq deməkdir. “Artsax”ı unuda bilmərik, çünki “artsax” erməni torpağıdır. Artsax heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb, hətta sovet dövründə də “artsax” muxtar statusa malik olub və son 30 ildə “artsax” faktiki siyasi quruma çevrilib. Erməni xalqından “artsax”ı unutdurmağı tələb etmək sadəcə olaraq mümkün deyil”. Özünü diplomat adlandıran bu cəfəngiyyatların müəllifi az qalır desin ki, dünyanın tarixi Qarabağ ermənilərinin adı ilə bağlıdır. Anlamır ki, ermənilərin bölgə ilə bağlılığının uzağı iki əsr yaşı var, başqa ölkələrdən köçürülən bu tayfanın Azərbaycan ərazisində hansı “irsi” ola bilər ki? Muxtar status adlı qondarmanın da yaşı bir əsr öncəyə gedib çıxır, vəssalam! Əslində gora gedən çağında tərəflərə çağırış etməlidir, şans yaranıb, sülh bağlayın, bundan sonrakı nəsillərimiz də bir-birinə qarşı silaha sarılmasın, qırılmasın, deyərək. Amma...
Vardan Oskanyan Paşinyanı “artsaxı unutdurmaq”da ittiham edir. Üstəlik, iddia edir ki, “Azərbaycan başa düşməlidir ki, onlar bu müqaviləni Ermənistanla, erməni xalqı ilə deyil, Nikol Paşinyan və onun hökuməti ilə imzalayırlar. Erməni xalqı “artsax”ı unuda bilməz”. Yenə də səfeh-səfeh iddialar, yuxular. Qarabağ ermənilərinin “öz evləri”nə qayıtmasından, bu məsələnin sülh müqaviləsinin bir hissəsi olmasından dəm vuran Oskanyan əvvəlcə elə ermənilərdən soruşmalı idi ki, sizi qovan olubmu? Yaxud siz Qarabağa qayıtmaq istəyirsinizmi? Qarabağdakı ermənilərin 30 il ərzində xunta rejiminin caynağı altında qalmasından doğrudanmı Vardanın xəbəri olmayıb? Bu adam kor gözlərini açıb baxsaydı, görərdi ki, Qarabağ ermənilərinin xilaskarı Azərbaycan dövləti və onun ordusu oldu. Bəli, Qarabağ ermənilərindən öz məqsədləri üçün istifadə edən Qarabağ klanı, Ermənistan hakimiyyətinin ayrı-ayrı təmsilçiləri, Xankəndidəki keçmiş xunta rejiminin təmsilçiləri milyardlar qazandılar, burdakı mülki əhaliyə it zülmü verməklə. Onlar da baxdılar ki, şans yaranıb, Azərbaycanın təkidli təkliflərinə baxmayaraq, üz tutdular Laçın-Gorus yoluna. İndi də bir hissəsi Rusiyaya, digər hissəsi daha uzaqlara köçür, ermənilərin bir hissəsi artıq bezib “maşa” olmaqdan, canını götürüb qaçır, oskanyankimilər fəsiləsinin nümayəndələrinin əlindən.
Ən nəhayət, əgər Qarabağ ermənilərinin geri qayıdışı məsələsi masada olacaqsa, o halda şübhəsiz ki, onların keçmişi ciddi şəkildə araşdırılacaq, cinayətlərdə iştirak edənlər yalnız Azərbaycan həbsxanalarına geri dönə bilərlər, Qarabağda sərbəst yaşamağa yox. Azərbaycan dövləti onlara ona görə de-fakto amnistiya, əfv tətbiq etmədi ki, qayıdıb yenidən rahatlığımızı pozsunlar. Bəli, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, konstitusiyamızı qəbul edərək, Azərbaycan vətəndaşı kimi yaşamaq öhdəliyi götürən, Qarabağa aid olan ermənilərin geri dönüşündən söhbət gedə bilər ki, onların da sayı çox olmayacaq. Hər halda 30 il ərzində Azərbaycana qarşı cinayətlərdə yer almayanların sayı çox az olacaq, buna kimsə şübhə edə bilməz. Amma digər və daha ciddi məsələ var: ermənilərin Qarabağa qayıdışından söhbət gedirsə, ilk öncə Ermənistandan didərgin salınan, qovulan 300 min azərbaycanlının öz evlərinə qayıdışının təmin olunması həllini tapmalıdır. Azərbaycanlılar özləri yığışıb gəlməyiblər, onları qarlı-boranlı havada başıaçıq, ayaqyalın qovublar, öldürülüblər, mülklərini talan ediblər. Bütün bunlara rəğmən Azərbaycan dövləti ermənilərə eyni münasibəti göstərməyib. Əvvəlcə Ermənistan 1988-89-cu illərdə deportasiya edilən azərbaycanlıların haqqını bərpa etsin, sonra Qarabağ erməniləri barədə nəsə danışıla bilər. Ermənilər Qarabağdan 2 aydır gediblər, amma hələ də Xankəndində qalıb, yaşayan ermənilər var. Sonuncu azərbaycanlının Ermənistandan deportasiyasından isə artıq 32 il keçir!!! Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-də tarixi torpaqlarından deportasiya olunub. Hansı ki, bu kənd 1929-cu ildə Ermənistana birləşdirilmişdi. Yəni hətta Nüvədinin geri qaytarılması məsələsi masada olmalı halda, Oskanyan sayıqlamalarını davam etdirir.
Əvvəlcə 32-35 il qabaq pozulan beynəlxalq hüquq həllini tapmalıdır! Vardan Oskanyan bütün bunları qanmaq istəmirsə, yaxud anlamırsa, gedib özünü İrəvandakı məşhur intihar məkanı - Kiyev körpüsündən aşağı tullasın! Cəhənnəmə yolu açıqdır, minlərlə insanın məhvinə səbəbkar olan daha bir əbləhin!
КомментарииОставить комментарий