Общественно-политическая интернет газета
Nikol Paşinyan özünü baş nazirdən çox, manıs, düşük səhnəciklərdə rol alan artistsayağı aparır. Adam nə qədər qeyri-ciddi olarmış. Elə bil “Qarabağ Ermənistandır. Nöqtə” deyib, bu qədər qırğın-qiyamət salan, minlərlə insanın itkisinə bais olan bu deyilmiş, oturub-durub “humanitar fəlakət”dən danışır, Qarabağ erməniləri ilə kimlərisə müqayisə edir, gülünc iddialar tirajlayır.
Artıq onun hər kəlməsini təftiş edib, sözünü ağzında qoymaq, lap elə ağzından vurmaq lazımdır. Özünü az qala “Roma Papası” kimi aparır. “Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib” - deyib keçirdiyi brifinqdə.
Deyən gərək, ey baş nazir, Azərbaycanın mövqeyi bəllidir, dəfələrlə Qarabağ ermənilərinə şans yaradıb, onları islah olmağa çağırıb, bütün olub-keçənlərə, törədilən cinayətlərə rəğmən. Amma görək Qarabağdakı bir ovuc erməni bu təşəbbüslərə necə qarışıq verib? Azərbaycan dövlətinin xüsusi missiyası hətta Xocalıda ermənilərlə görüşə razılıq verdi, növbəti görüşdən qaçan isə məhz sarsaq rejimin təmsilçiləri oldular. Azərbaycan ən yüksək səviyyədə bir neçə dəfə bəyan edib ki, Qarabağdakı erməni əhaliyə öz vətəndaşları olaraq yanaşmağa, onların təhlükəsizlik və sair məsələlərini nəzarətə götürməyə hazırdır, amma heç bir halda ermənilərə ölkənin digər vətəndaşlarından artığı verilməyəcək! Daha dövlət bundan başqa nə deməlidir?! Paşinyan istəyirsə ki, Azərbaycan dövləti Qarabağdakı 30 min erməniyə ölkə ərazisində yaşayan 10 milyon 100 mindən artığını versin, onda getsin işinin dalınca, bu, baş tutan deyil! Digər tərəfdən, Qarabağdakı ermənilərin təhlükəsizliyindən danışan Paşinyan niyə eyni məzmunlu fikirləri 1988-89-cu illərdə Ermənistandan – Qərbi Azərbaycandan, dədə-baba yurdlarından qovulan azərbaycanlılara münasibətdə söyləmir?
Məsələn, niyə Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının rəhbərliyini məsələn, Qafana, Gorusa, ya İstisuya görüşə dəvət etmir?! Azərbaycandakı cəmi 30 min erməninin “hüquqlarından” gecə-gündüz danışan – hansı ki, erməni əhaliyə nə təhlükə var, nə də onların hüquqları pozulur - Paşinyan onlardan azı on dəfə çox, 300 min (sonuncu deportasiyanın qurbanları-E.P.) azərbaycanlının evlərinə qayıdışı, onların hüquq və təhlükəsizliyi barədə kəlmə belə kəsmir. Niyə? Nə səbəbə Paşinyan İcma rəhbəri, deputat Əziz Ələkbərli ilə bu mövzuda danışmağa lüzum görmür? Laçın yolunun Azərbaycan hissəsi ilə bir ovuc erməninin gediş-gəlməsindən danışan Ermənistan rəhbərliyi niyə bu yolla qərbi azərbaycanlıların keçib dədə-baba yurdlarını, dağıdılmış qəbiristanlıqlarını ziyarət etməsinə şərait yaratmır? Deyir qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə... Bu isə qonaqlıq deyil, başqa məsələdir. Ermənilərə borcumuzmu var?! Ermənistandan didərgin salınan yüz minlərlə azərbaycanlının hüquqları təmin edilməlidir, törətdikləri cinayətlərə görə ermənilərin məsələsinə sonra baxıla bilər, ədalətlisi budur! Yeri gəlmişkən, qərbi azərbaycanlılar bu məsələdə aktiv olmalıdırlar. Hətta öz yurdlarına yürüş və ziyarət təşəbbüsü də qaldırıla bilər...
Rəsmi məlumata görə, hər il 170 minədək vətəndaş Ermənistanı birdəfəlik tərk edir. Onsuz da əhalisi ilbəil azalan ölkədə evlər sürətlə boşalır. Bu vəziyyətdə Paşinyan hələ Qarabağdakı ermənilər üçün “əriştə kəsir”. Sən get öz ölkənin vətəndaşlarına gün ağla, sonra Qarabağa boylan! Ən əsası, Ermənistanda minlərlə boş ev azərbaycanlılara məxsusdur. Bir müddət mənimsədilər, yaşadılar, sonra özlərinə də qismət olmadı ermənilərin, qapıları kilidləyib, köçdülər Ermənistandan. Həmin evləri gerçək sahiblərinə qaytarmaq lazımdır. Onsuz da Bakının mərkəzində azı 30 min erməni dinc, təhlükəsiz şəraitdə yaşayır, nə olsun ki, Statistika Komitəsinin hesabatında cəmi 74 nəfər özünün milli kimliyini göstərib, soyadlarını azərbaycanlılaşdıran ermənilərin sayı minlərlədir, hətta qonum-qonşular da tanıyır. Yəni hər hansı təhlükə-filan yoxdur, hüquqları da öz yerində. Odur ki, Paşinyan nağılları bir kənara qoymalıdır. Araik Arutyunyanın müraciətinə reaksiyasında, BMT Təhlükəsizlik Şurasına müraciət mövzusunda “nala-mıxa vurub”. Hansı ki, gərək BMT TŞ söhbəti gələndə başlarına palaz örtsünlər, 27 il ərzində qətnamələrini icra etmədiklərinə görə...
Hə, bir də Nikol Paşinyan gileylənib ki, Ermənistanla Azərbaycan bir-birinə etibar etmir, “bu inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalı”dır. Sual olunur: sən kimə deyirsən, etimadsızlığı yaradanların başında dayanan adam?! Vaşinqtonda görüş keçirilir, aranı qarışdırırsan, Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsən, ardınca Laçın yolundakı asfaltın ölçüsünü təftiş edirsən. Azərbaycanın ərazi bütövlüyünü tanıyan şəxs həmin an Qazaxın 7, Sədərəyin 1 kəndinin azad edilməsinə göstəriş verər, Azərbaycandan xahiş edərdi ki, Qarabağdakı hərbçilərin Laçın yolu ilə Ermənistana qayıtması üçün dəhliz açılsın. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı öhdəliyə əməl edərdi... Bütün bunların heç biri ortada yoxdur, məhz Paşinyanın günahı ucbatından, o isə artistlik edir... Guya görmürükmü ki, danışıqlarda iştirak etməklə baş qatmaq istəyirlər. Elə bu gün axşam, saat 20.00-da həm Xankəndi, həm İrəvanda mitinq keçiriləcək. Paşinyan da yaxşı bilir ki, bu mitinqlər sülhə aparmır, yeni savaşa səbəb olacaq alçaq təxribatlardır. Özü də bu təxribat Moskvada, nazirlərin növbəti danışıqları keçirilən vaxtda törədilirsə, məqsəd-məram ortada.
Həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı ermənilər nəhayət anlamalıdır ki, Xankəndidə İrəvan vaxtı işləmir, burada Bakı vaxtı var! Əgər Paşinyan Qarabağdakı separatçı-terrorçu dəstələrin növbəti təxribatlarına susursa, dolayı və birbaşa dəstək verirsə, onda onlar üçün Yerablurda qəbir yerlərini hazırlasın. Azərbaycanın səbri tükənməz deyil!
КомментарииОставить комментарий