Общественно-политическая интернет газета
Milan “İnter”inin yarımmüdafiəçisi və Ermənistan milli futbol komandasının keçmiş kapitanı Henrix Mxitaryan “İnstaqram” səhifəsində Azərbaycanda həbsdə olan erməni separatçı “liderlər” haqda paylaşımı onun “quyruq acısı”nın hələ də keçmədiyini göstərir. “Quyruq acısı” deyəndə təkcə Şuşada tikdirdiyi, indi xaraba qalan və yəqin ki, tezliklə də söküləcək villasını nəzərdə tutmuram. Bu yaramaz sıradan erməni deyil, statusundan, tutduğu mövqedən istifadə edərək həmişə Azərbaycana düşmən mövqe sərgiləyən millətçinin ta kəndisidir.
Laçın koridorunda ekofəalların aksiyasında da dünyaya yalan məlumat yayanlardan biri də Mxitaryan idi. “Respublikanın(?) 120 min sakini(?) blokadadadır, onlardan 30 mini(?) uşaqdır. Azərbaycan da Dağlıq Qarabağa qaz nəqlini dayandırıb. Qışda gecələr, havanın temperaturu 0-dan aşağı olanda insanlar donaraq ölürlər(?). Bütün bunlar əsl humanitar fəlakətə çevrilir”. Mxitaryan mənim sual işarəsi qoyduğum yerlərdə necə yalan yazdığının fərqində əlbəttə ki, olub. Amma o futbolçu kimi (Avropanın bir çox tanınmış klublarında oynaması səbəbindən) ona rəğbət bəsləyən izləyəcilərini həmişə qəsdən yanlış yönləndirib ki, Qarabağın səmtini bilməyən adamlarda da Azərbaycana qarşı qəzəb və nifrət yaratsın..
Mxitaryan Qarabağ hadisələri başlayan il anadan olub, həm də İrəvanda...Sonra isə 9 yaşında ailəsi ilə Fransaya köçüb. Şübhə yoxdur ki, onun millətçi baxışları da bu antitürkçü ortamda formalaşıb. Onun dünyanın istənilən yerində villa tikdirmək imkanı əlbəttə də ki, var. Amma işğaldakı tarixi Azərbaycan şəhərində məhz o erməni hikkəsinə görə ev tikdirib. Bizə acıq olaraq.
Mxitaryanın Şuşadakı villası
İndi həbs müddəti uzadılan separatçı erməni “liderləri” ilə də yaxşı münasibəti olub. 2011-2012-ci illərdə Xankəndində olub, azərbaycanlıların qanını tökmüş müharibə “qəhrəmanlarının” ailələrinə bahalı hədiyyələr paylayıb. Onu indi həbsdə olan qondarma “prezident” Bako Saakyan Xankəndidə təmtəraqla qarşılayıb. Mxitaryan ötən ildən Ruben Vardanyanın müdafiəsi üçün hərəkata da qoşulub.
Vardanyan haqda dediklərinə diqqət edək:
“Ruben Vardanyan təkcə bizim regionda deyil, bütün dünyada sülhün güclü tərəfdarı kimi seçilir. O, dünya şöhrətli xeyriyyəçi, iş adamıdır və sülhü müdafiə edir”. Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yerləşən Vardanyanla Mxitaryan arasında yalnız bir fərq var. Biri futbolçu maykasında, o biri kostyumda erməni millətçiliyini təbliğ ediblər. İndi Mxitaryan bir az təklənib, anlayır ki, həbsdəki ideya dostlarını tezliklə İrəvanda görə bilməyəcək. O səbəbdən bu cür mövqe bildirməklə, “beynəlxalq aləmdən onların azadlığı üçün” dəstək istəməklə özünə təskinlik veririr.
2020 ci ilin 27 sentyabrında, İkinci Qarabağ müharibəsinin ilk saatlarında mövqe bildirənlərdə biri də məhz Mxitaryan idi. Azərbaycanı təcavüzdə ittiham edən Mxitaryan (o zaman İtaliya “Roma”sında oynayırdı) mövqeyini də açıq bildirmişdi:
“Mən həmişə xalqımın yanında qalacağam”. 44 günlük müharibə sürəcində də Mxitaryan Gəncədə, Bərdə, Tərtərdə dinc sakinlərə qarşı terroru ermənilərin guya qurban olduğunu göstərməkdə davam etdi. Hətta statuslarının birində iddia edirdi ki, guya Azərbaycanın apardığı dini savaşdır və “erməni xalqı xristian dəyərlərini müdafiə edir”.
Tərslikdən Mxitaryanla yollarımız bir neçə dəfə futbol meydançalarında kəsişdi. Hər dəfə də erməniliyinə saldı, Azərbaycanın nüfuzuna zərər vurmağa, Ermənistanın işğalçı mahiyyətini bizə qarşı antitəbliğata yönəltməyə çalışdı. 2015-сi ildə “Qəbələ” Avroliqanın qrupunda “Borussiya” ilə bir qrupa düşmüşdü. Dərhal da həmin klubda oynayan Mxitaryanın Azərbaycana gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilmişdi. Mxitaryan gəlməyə cəsarət etmədi. “Qarabağ” Avroliqanın qrupunda “Arsenal” la bir qrupa düşəndə o, indi də ingilis klubunun heyətində idi və yenə bu mövzu ilə spekulyasiya edildi. “Arsenal” yenə bəyanat verdi, gileyləndi, Mxitaryan yenə Bakıya gələsi olmadı. 2019-cu ilin bu vədələri, mayında Avroliqanın Bakıda keçiriləcək finalında “Arsenal”ın heyətində bura gəlmədi, amma ingilis klubunu bizim əleyhimizə qaldıra bildi.
Onun sosial şəbəkədə milyondan çox izləyicisi var və o da bunu fürsət bilib hər dəfə Azərbaycana qarşı rupor kimi istifadə edir. “İnter” pis komanda deyil, amma bu yaramaz hansı klubda oynasa, istər-istəməz o komandaya qarşı şəxsən məndə antipatiya yaranır. Yeri gəlmişkən, kimsə bir müddət əvvəl o itin formasını geyinib şəkil yaymışdı. Vicdanlı azərbaycanlı əlbəttə belə iş tutmaz, şəhid analarından utanardı...
Mxitaryan nə yazır-yazsın, onun qatarı artıq gedib. Gözləyirəm ki, futbolçu karyerasını başa vurduqdan sonra (34 yaşı var) onu fəal siyasətdə də görə bilərik. Çünki bu, anti-Azərbaycan mövqeyini haradasa mütləq davam etdirməlidir...
КомментарииОставить комментарий