Общественно-политическая интернет газета
Çağırış və ya müraciət mənim stilim deyil, məsləhətlə də düzü, aram yoxdur. Nə Roma papasıyam, nə Qafqaz Şeyxi. Amma erməni məsələsində davam edən həssaslığım qalmaqdadır, bu, ömürlük travmadır...
Çempionlar Liqasının İstanbuldakı dünən gecəki finalında “İnter”in qələbəsini oyunun sonuna yaxın meydana girən Mxitaryana görə istəməmək bəlkə də dəlilikdir. Çünki ən azından orada Türkiyə millisinin oyunçusu Çalxanoğlu da var. Amma, fəqət və lakin bu Mxitaryan erməni millətçisidir, işğal illərində bizə çox acıq verən sözlər danışıb, Şuşada da evi olduğu deyilirdi. Kimsə bugünlərdə o itin formasını geyinib şəkil yayıbmış. Oxumadım, çünki vicdanlı azərbaycanlı belə iş tutmaz, şəhid analarından utanar...
Dostlardan biri “İnter” hələ yarımfinalda oynayanda zəng etmişdi ki, “CBC sport”da şərhçi Mxitaryanın adını dəfələrlə çəkib elə bağıra-bağıra tərifləyirdi ki, utandım. Bunu bizim bəzi şərhçilər nəzərə almırlar, amma çox nahaq. Bu kanal rəhbərliyi bəs hara baxır? Şəhid atalarından, qardaşlarından utanmaq lazımdır belə təriflər yağdıranda. İşini gör də, meydandakı 22 oyunçu arasında bu gədəni tərifləməklə nə demək istəyirsən axı?
Erməni bizə təkcə düşmənçilik etməyib, evimizi yandırmaqla, qəbiristanlığımızı dağıtmaqla qalmayıb, ömrümüzdən on illiklər oğurlayıb, həyatımızın dadını qaçırıb. Bu dadını qaçırdıqları futbol hələ adi misaldır. İşğal illərində iki dəfə yaxın xaricə getdim, hər ikisində bu pis toxum millətlə rastlaşdım, azərbaycanlı görəndə ədalarında cırılırdılar, qalib görkəm alırdılar. İndi fısları çıxıb əlbəttə ki, amma bizə düşmənçilikdən vaz keçməyiblər, keçməyəcəklər də...
Rusiyada “Mister Sidr” içkisinindən zəhərlənmələrə görə həbs edilən “Andi” şirkətinin təsisçisi 32 yaşlı Anar Hüseynovdan (https://musavat.com/news/rusiyada-azerbaycanlilari-kim-terrorcu-edir-krim-korpusu-indi-de-zeherli-araq_983576.html) iki gün əvvəl yazmışdım. İndiyədək bu məhsuldan 30-dan çox adam ölüb, ağır vəziyyətdə reanimasiyada olanlar var. Bu hadisə ilə bağlı araşdırma davam etsə də, yazıda belə bir cümlə yazmışdım: “Erməni bizim harada olursa-olsun düşmənimizdir, bizim pisliyimizi istəyirlər. Bu millət olaraq bizə dəyən bütün pisliklərdə əsas versiyamızdır...” İndi çox təəssüf ki, bu versiya təsdiqləndi, işin içindən erməni çıxdı. Məlum olur ki, azərbaycanlı iş adamına spirt satan Ayrapetyan olub! Nida, bəli məhz nida!
Hələ işğal illərində belə deyirdilər ki, Rusiyada azərbaycanlı-erməni söhbəti (yəni davası) yoxdur. Əlbəttə ki, Azərbaycandan kənardan tutaq ki, bizdən birimizin erməniyə bıçaq saplaması heç nəyi dəyişməyəcəkdi, hər şey gec-tez hərb meydanında həll olunacaqdı. O səbəbdən heç kim də deməzdi ki, “Rusiya çöllərində rastlaşdığın ermənini niyə incitmədin” və sairə...Amma heç kim də məhz o boyda ölkədə gedin erməniylə alver edin, pul qazanın deməzdi də. Belələri o zaman da vardı, indi də var. İndi baxın, bu oğurluq spirti ali təhsilli, şirkət rəhbəri azərbaycanlıya satan erməni onun həyatını qaraltdı, həbsə saldı, həm də ağır maddələrlə...
İşğalın ilk illərində bir dostumuz işsiz-gücsüz qalmışdı, hamımız kimi o da çox ehtiyac içində yaşayırdı. Günlərin birində dedi ki, Qazaxıstanda restoranda işləmək təklifi var, gedirəm. Getdi, bir ay keçməmiş qayıtdı. Dedi, məndən gizlədiblər, sən demə, bu restoranın şəriklərindən biri erməni imiş. Dilə tutmuşdular, amma “acından ölərəm, işləmərəm” deyib, qayıtmışdı. O uzaq ölkədə kim nə biləcəkdi ki, bu adamın işlədiyi restoranın şəriklərindən biri ermənidir, yaxşı pul da qazana bilərdi yəqin ki. Demək, bu, həm də vicdan məsələsidir.
Hökm vermirəm, sual verirəm: o boyda ölkədə ermənidən başqa şərik olacaq, alver edəcək millət yoxmu? Bizim bu millətdən çəkdiklərimiz dərs olmadımı? Baxın, bizim azıb gedən əsgərlərimizə nə zülm edirlər. Onu necə məhkəmə zalına gətirdiklərinin fotosunu görmürsüzmü?
Burda səngərdə qarşı-qarşıya durduğun erməni ilə Rusiyada (və ya başqa bir ölkədə) qarşılaşdığın erməni arasında fərq var, biri səngəri seçib, o biri alveri. Onlara münasibət də fərqlidir, niyə ona hücum çəkib öldürəsən ki? Amma ondan ki, aralı gəzmək, alver etmək, şərikli pul qazanmaq kimi vacibat yox. Öz təhlükəsizlikləri, tora düşməmək üçün onların erməni olduğunu unutmamaq lazımdır deyirəm.
Düz demirəm?
КомментарииОставить комментарий