Общественно-политическая интернет газета
Bu günlərdə Xankəndidə Qarabağ Universitetinin yaradılması bağlı status, şərh yazan virtual dostların içində biri də vardı və onun status-xatirəsi çox maraqlıydı.
Bu, vaxtilə Xankəndidə doğulub-böyümüş, orada orta məktəbi və pedaqoji institutu bitirmiş Hikmət Xudiyevdur.
Hikmət bəy yazır ki, o vaxt, yəni sovet axır illərində, hələ millətlərarası münasibətlərin gərginləşməmiş vaxtlarında Stepanakert adlanan şəhərdəki Pedaqoji İnstitutun tələbələri yığıb o vaxtkı Mardakert, indiki Ağdərə rayonunun Marağa (hazırkı Şıxarx) kəndinə üzüm yığımına aparıbmışlar.
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, o kənd nəinki ölkəmizin, eləcə də dünyanın ən gözəl, axar-baxarlı, dilbər guşələrindən biridir, yaxşı torpağı var və yaxşı da məhsullar yetişdirir. Tələbələri də ora aparıbmışlar ki, muxtar vilayətin nemətləri zay olub getməsin.
Marağa kəndində məhsul toplanışına gələn institut tələbələri üçün yaşayış şəraiti yaradılıb, əlavə tualetlər də düzəldilib. Çölçülükdür, müvəqqətidir deyə, tualeti çadırdan qayırıblar. Dörd tərəfi tentlə tutulu bir yer imiş Bir axşam azərbaycanlı tələbə qızlar tualetə gedəndə erməni tələbə gədələr əvvəlcədən planlaşdırdıqları kimi çadırlara bağladıqları ipi dartaraq tualeti uçurublar.
Təsəvvür edin, Allah qoymasa, dünyanın düz vaxtıdır, televiya və qəzetlər eyzən xalqlar dostluğundan danışır, yazır, Ermənistanın xalq artisti Zeynəb Xanlarova erməni mahnısı “Nune” ilə İrəvanda stadionu coşdurur, Nayruhi Allahverdiyan hər ay AzTV-də yarım saatlıq konsert verir, bütün Azərbaycan yarıerməni şahmatçı Harri Kasparovun uğurları ilə qürur duyur, amma bu, dığaların qulağına da deyil, onlar öz cılız hissləri ilə azərbaycanlı qızlara qarşı əxlaqdankənar təxribat törədirlər.
Təbii ki, bu hadisə azərbaycanlı qızların qürur və ləyaqətinə toxunur. Ortaya pərtlik çökür. Erməni gədələr isə öz əməlləri ilə fəxr edə-edə bir tərəfdə uğunub gedir, qəşş edirlər. Amma ta bilmirlər yarım saatdan sonra başlarına nə gələcək, “qəhrəmanlıqları”nın axırı kütləvi “çurban”lıqla bitəcək.
Hikmət Xudiyev yazır: “Tarix fakültəsinin tələbəsi, ağdamlı Fazil Məhərrəmov bu alçaq və əxlaqsız hərəkət haqda eşidən kimi ermənilərin yataq yerinə girdi”.
Bu yerdə qısa pauza verərək qeyd edim ki, hər fakültədə, kursda mütləq elə biri olur. Belə şəxslər millət təəssübü, rayon qeyrəti, dost-yoldaş əziyyəti çəkmək məqamı gələndə nə institutdan qovulmaqdan qorxurlar, nə tutulmaqdan çəkinirlər. Başqaları “nə olar, nə olmaz” deyə götür-qoy edəndə o cür qoçaq oğlanlar ayağa qalxır və onun əziz, doğma bildiklərinə sataşanların yataq yerinə girir.
Xudiyev yazır ki, Fazil erməni gədələrin yataq yerinə girəndən bir az sonra “leş bir yana, baş bir yana” oldu.
Yox, onun əlində nə balta olub, nə də bir az əvvəl azərbaycanlı qızlara sataşmış erməni tələbələr yatışıbmışlar. (Heç o bildiyiniz Macarıstandakı haqq-hesabda da yatan-filan olmayıb, biri qaçıb tualetdə gizlənib, o biri macal tapmayıb). Hamısı oyaq imiş və Fazil bəy yalın əllə, amma son dərəcə hiddətli halda yataqxanaya girib və xuliqanlıq edən erməniləri şil-küt edib. Görünür, onun təəssübkeş damarı ilə yanaşı, fiziki göstəriciləri də babat olub.
“Bütün kənd hadisə yerinə toplaşmışdı. Ağdamın bu qeyrətli oğlunun - Fazilin qarşısına çıxmağa isə nə bir erməni gədəsində, nə də ordakı erməni müəllimlərində cürət yox idi...” – Hikmət Xudiyev xatırlayır.
Fazil Marağanı ermənilər üçün dava düşmüş toy mağarına döndərəndən sonra institutun müəllimi Şahlar Kərimov Fazilə deyir ki, sən kişi adamsan, bu gündən semestr imtahanlarından tutmuş, dövlət imtahanına kimi bütün qiymətlərin mənlikdir...
Belə oğullar olub, zəmanəyə, dövrana, onun konyuktura və təhlükələrinə baxmayaraq, lazımi məqamda təkbaşına olsa da, ortaya çıxıb və el qızlarına sataşanların ağzının payını artıqlaması ilə verib. Elə onun xələfi də uzun illərdən sonra əlinə ona görə balya götürmüşdü ki, ortada millətin qız-gəlininə ünvanlanmış həqarət vardı.
Bu millətin oğullarının belə bir xasiyyəti var, namus-qeyrət söhbəti, söyüş-filan olan yerdə başları çönür.
Rəhmətlik Fazil sağ olsaydı, bu gün Xankəndidə universitetin açılmasına ən çox o sevinərdi. Tələbə yoldaşları ilə Xankəndidə, vaxtilə oxuduqları institutun köhnə korpusunda yığışar, köhnə xatirələri yada salar, çadır tualeti uçurtmağın erməni gədələrə necə baha başa gəldiyini danışıb-gülərdilər.
O, həyatda yoxdur, amma Hikmət Xudiyev kimi adamlar sağdır, bu hadisəni yazdı, bildik. Fazil kimi qeyrətli oğulları olan xalqın dizi yerə gəlməz.
P.S. Adam fikirləşir ki, görəsən, bizim tələbə oğlanlar erməni qızlarına qarşı elə şey edərdilərmi?
КомментарииОставить комментарий