Свобода людям, независимость нациям!

Keyfiyyət indikatoru -Asif Adil yazır...

Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasının son gününü yaşamaqdayıq. Sentyabr ayının biri isə seçki günüdür və hər bir məsuliyyətli vətəndaş ölkəmizin bu önəmli hadisəsində iştirak edərək müəyyən etdiyi namizədə öz səsini növbəti beş il müddətinə etibar edəcəkdir. Ötən dövr ərzində internet və sosial şəbəkələr namizədlərin təbliğat-təşviqat kampaniyalarını rahatlıqla izləməyə imkan verdi. Müşahidələrimizə əsasən indidən müəyyən ilkin qənaətlərimizi bölüşə bilərik.
Mümkün olan obyektivliyi və adekvatlığı qorumaq naminə, gəlin, hələ də davam edən namizədlərin təbliğat-təşviqat kampaniyalarına bir ölkə vətəndaşı kimi yox, kənardan müşahidə edən şəxs kimi diqqət yetirməyə çalışaq. Çünki məhz bu cür yanaşma bizi emosiya və ya konkret namizədə dair olan şəxsi münasibətimizin təsirindən sığortalaya bilər.

Kiçik yazı çərçivəsində hər hansı bir subyektiv fikri aşılamamaq məqsədilə sadəcə ümumi mənzərəni təsvir etmək üçün qısaca olaraq bəzi gözəçarpan müşahidələri qeyd edək. Belə ki, kənardan baxış zamanı mühüm və prinsipial qənaət ondan ibarətdir ki, müxalifət düşərgəsinə aid olan partiyaların namizədləri sadəcə ölkənin yox, bütün regionun ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri ilə açıq rəqabət aparmaq iqtidarında deyillər. Müəyyən nadir istisnalar əlbəttə ki, ola bilər, ancaq onlar ümumi mənzərəni əsla dəyişdirə bilməz.

3413ef5a-5cfe-307e-8b50-a5415917.jpg (77 KB)

Məhz bu cür həqiqətləri etiraf edə bilməyənlər müxtəlif təxribatlara əl atırlar. Sözsüz ki, təxribatların səbəbi təkcə bunu edənlərin zəifliyi deyil. Mövcud məsələdə daha böyük və dərin qatlarda gizlənən amillərin də təsiri var. Müxalifətdən olan bəzi namizədlərin seçkiqabağı təşviqat kampaniyalarına diqqət yetirəndə adama elə gəlir ki, sanki ibtidai siniflərdə təşkil olunan “Əlifba” bayramlarındakı səhnəciklərə baxırsan. Ucuz və anlamsız “boykot-boykot” oyununu oynayanlar isə ümumiyyətlə siyasi autdadırlar. Böyük siyasətə iddialı olan şəxslərin bu cür məsuliyyətsiz yanaşmaları, yumşaq desək, anlaşılmazdır.

Mövzunun inkişafında prinsipial olaraq digər bir obyektiv məsələni də xüsusi olaraq vurğulamalıyıq. Rəqib partiyaların zəifliyi və seçkilərə bu cür bəsit yanaşmalar böyük potensiala malik olan YAP üçün sahib olduğu bütün potensialın nümayişinə maneə olur. Bir çox məqamlarda buna heç ehtiyac da qalmır. Qeyd olunan obyektiv həqiqəti anlamamağın isə tək bir səbəbi ola bilər – qərəz.

Regionun ən böyük siyasi təsisatı olan YAP-nin mükəmməl təbliğat kampaniyasının aparılması üçün lazımi resurslara sahib olması faktına yəqin ki, heç kimin şübhəsi belə yoxdur. İqtidar partiyası yerlərdə elə seçkiqabağı təşviqat izdihamı yarada bilər ki, sözügedən təşviqat hətta Qərbin bir çox ölkələri üçün də nümunə sayıla bilər. Əlbəttə ki, ucuz demaqoqlar öz qərəz dolu ritorikalarında bu cür həqiqəti qeyd etmir və görməzdən gəlirlər. Əvəzində isə seçicilərin fikirlərində çaşqınlıq yaradan informasiya manipulyasiyaları ilə məşğul olurlar.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib

Hadisələrə kənardan müşahidə edən bitərəf şəxs təbii olaraq gördüyü bu cür mənzərədən yalnız təəccüblənər. Heç bir tərəf tutmayan obyektiv təhlilçidə haqlı olaraq suallar yarana bilər: “700 mindən artıq üzvü olan regionun ən böyük siyasi partiyası ilə seçkilərdə açıq yarışa çıxmaq üçün ötən 30 il ərzində onun rəqibləri nə edib?” Bəs, özünü müxalifətin “bayraqtutanı” adlandıran radikal düşərgə necə, “məzlum” obrazını “təkmilləşdirməkdən” başqa nəyəsə nail olub?


Neytral müşahidələr müxalifətin fəaliyyəti ilə bağlı daha bir önəmli məqamı ortaya çıxarır. Azərbaycan seçicisi ona məxsus olan mentallıqla öz seçimini təkcə aparılmış təşviqatın təsiri altında etmir, onun seçimini müəyyən edən başlıca amil güvən və etibardır. Bütün bunları siyasətçi ötən illər ərzində göstərdiyi inamlı fəaliyyətlə qazana bilir. Güvən, etibar yalnız seçkiqabağı təşviqat kampaniyaları zamanı dörd-beş küçə gəzib, tanımadığı insanların əllərini sıxıb, bağrına basmaqla qazanıla bilməz. Üstəlik bu gün müxalifət nümayəndələri tərəfindən aparılan təşviqatı siyasi texnologiyalara söykənən müasir seçkiqabağı təbliğat kampaniyaları ilə müqayisə etmək belə mümkünsüzdür. Prinsipial olaraq vurğulayaq ki, məsələ heç də təkcə maddi resurslardan getmir. Peşəkar və effektiv seçki strategiyası ilk növbədə intellektual fəaliyyətin məhsuludur.

Qeyd olunanları nəzərə alaraq, tərəddüd etmədən deyə bilərik ki, seçki prosesi eyni zamanda bir keyfiyyət indikatorudur. Bu gün tamamlanacaq təbliğat-təşviqat kampaniyaları bizlərə onu göstərdi ki, radikal düşərgənin hələ də yeganə resursu “emosional təxribatlardır”. Müxalifət isə obyektiv olaraq zəifdir, elektoratı yoxdur və öz üzərində çalışmaq istəmir. Əlbəttə ki, mövcud mənzərəni görən müasir vətəndaş öz səsini ehtimallara yox, məhz real gücə etibar edə bilər. Bu həmin o gücdür ki, tarixi Qələbəyə nail olub və iddialı olan dünya ölkələrini Azərbaycanın maraqları ilə hesablaşmağa məcbur edib.

politoloq Asif Adil

Нет комментариев

Новости автора