Свобода людям, независимость нациям!

Bir az da futbol söhbəti – Bu marafon 15 il əvvəl başlandı

 

Sözün düzü budur: o gün “Qarabağ”ın “Braqa” komandası ilə oynadığı oyun futboldan yuxarı bir şey idi. Biz o hiss-həyəcanı 44 günlük müharibədə, Şuşa ətrafında döyüşlər getdiyi vaxt yaşamışdıq, bir də bu ayın 22-də elə oldu.Şərhçi qardaş demişkən, hamımız ayaqda idik. (Axırda şərhçi həmvətənə iki abzasılıq sözüm olacaq).

Başqalarını deyə bilmərəm, bu sətirlərin müəllifində eləydi. Başqa vaxt azarkeşlik etdiyim komanda udar, uduzar, çox da ürəyimə salmaram, 10 dəqiqədən sonra başım başqa bir işə qarışar. “Braqa” ilə oyun isə sanki həyati məsələydi, real təsviri bir kitablıqdır.

Açığı, istəmərəm ki, bir daha elə matça baxım. O vaxt, on il əvvəlki mundialda Braziliya öz meydançasında Almaniyaya 1:7 hesabıyla uduzanda yerli azarkeşlərdən stadionda ölənlər olmuşdu. Az qala fevralın 22-də bizdə də o günə düşənlər olacaqdı, Allah göstərməsin.

Yadıma düşür ki, “Qarabağ” bir dəfə də buna bənzər oyun oynayıb – 2009-cu ilin iyulunda, Norveçin titullu komandası “Rusenborq”a qarşı. Ağdamın işğalının 16-cı ildönümü günü baş tutan həmin oyun 1:0 hesabıyla şərti ağdamlıların xeyrinə bitmişdi. Qolu da kəlbəcərli Rəşad Sadıqov vurmuşdu.

1548677163.jpg (94 KB)

O zaman mən “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı köşə yazmışdım. Çünki oyundan əvvəl jurnalistlər “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddən matça dair proqnoz istəmişdilər, o da bədahatən demişdi ki, Rəşad Sadıqov bir qol vuracaq, “Qarabağ” qalib gələcək.

Proqnoz yüz faiz doğrulsa da, siz həmin oyunun son 10 dəqiqəsində Rəşad Məcidin, eləcə də on minlərə başqa azarkeşin nə hisslər yaşadığını özlərindən soruşun, “ölüb-dirilmək” prosesini anladacaqlar.

Gerçəkdən, vəziyyət o cür idi. Əslində isə məsələyə bir az soyuqqanlı yanaşmaq lazımdır. Bu, futboldur, bu il alınmadı, 3 aydan sonra yeni bir sezon başlayacaq, dünyanın axırı deyil ki. Məsələn, komandamızın hazırkı rəqibi dünya devi “Bayer”dir, dünən Rəşad başqandan soruşuram ki, necə olacaq, bəzi dostlar deyir, “Qarabağ” “Bayer”i udacaq, belə cavab verir: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır, “Bayer” çox güclüdür”.

Doğrudur. “Bayer” güclü olmağına çox güclüdür, amma o vaxt “Rusenborq” da güclüydü. Yəni bu, Jukovun ordusu deyil ki, meydana 1 milyon əsgər çıxara, almanlar kərəvəngə qalalar. Meydana 11 kişi “Bayer”dən çıxacaq, 11-i də “Qarabağ”dan, necə deyərlər, təkbətək döyüş olacaq. Necə deyərlər, çevik tərpənən vuracaq.

15 il əvvəl “Rusenborq”la oyun “Qarabağ”ın Avropaya gedən yolunun qapılarını taybatay açmışdı. O vaxtdan bəri “Qarabağ” Şərqi Avropanın komandalarını uda-uda gedir – hər mövsümdə 4-5-ni ələyir. Sonra Qərbi Avropaya keçir, onlar çox güclü olduğundan birini udanda, birini uduzur, ikisi ilə heç-heçə edir, axırda daha yekə bir komandaya uduzub dayanır.

Əslində bir komandamızın “Atletiko”, “Çelsi”, “Nant”, “Roma”, “İnter”, “Bayer”, “Tottenhem” kimi komandalarla oynaması futbol fantastikası janrındandır. Dünənə qədər Yaroslavlın “Şinnik”, İvano-Frankovskın “Zarya”, Kişinyovun “Nistru” komandalarıyla oynayırdıq.

İndi gələk futbol icmalçılığı mövzusuna. “Qarabağ”ın oyunlarını şərh edən oğlan hamımızdan artıq azarkeşdir, çox vətənpərvərdir, bilirəm. Amma vallahi, canlı yayımda azarkeşlik etmək, qışqırmaq, bağırmaq, hər cür hiss-həyəcanını ifadə etmək şərhçiliklə bir araya sığmır. Şərhçi gərək bir az təmkinli və obyektiv olsun, rəqibin, eləcə də hakimlərin ünvanına pis şeylər danışmasın. Bizim şərhçi qardaşımız isə hakimləri itdən alıb itə verir, az qalır var-yoxlarına söysün. Elə olmaz.

Bu gedişlə bir müddətdən sonra eşidəcəyik ki, o, oyunun vaxtını aparan rəqib qapıçıya deyir: “Alçaq, topu tutmusan, ta yerə niyə yıxılırsan, vur qabağa, oyun başlasın dəə”. Yaxud zədələnibmiş kimi özünü yerə atan oyunçuya qışqıracaq: “Simulyant əclaf! Nə oldu? Böyründən yel ötən kimi özünü çırpırsan yerə. Dur, oyununu oyna!” Hakimlər də boş qalmayacaq: “Ay nadürüst, orda penalti vardı?” və s.

Bir də görürsən, qardaş əllərini göyə qaldırıb (bunu görmürük), Allaha yalvarır ki, VAR qolu qeydə alsın, bizim qapıya vurulubsa, almasın. Hələ ola bilər ki, o, rəqibin penaltisinin qol olmaması üçün canlı yayımdaca Mirmövsüm ağa ocağına nəzir desin, komandamızın mərhələ keçməsi üçün İmamzadada qurban kəsəcəyini vəd eləsin.

Bəlkə düz edir, bilmirəm. Ancaq onu bilirəm ki, o, onsuz da gərgin olan azarkeşlərin həyəcanına həyəcan qatır, bax, sonra sırf onun üzündən futbol matçı zamanı ürək problemi ilə xəstəxnaya düşən olacaq, qardaşı vayqanlı tutacaqlar.

Нет комментариев

Новости автора