Общественно-политическая интернет газета
İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə can atır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin THE TIMES OF ISRAEL nəşri yayıb.
Məlumatda bildirilir ki, yüksək rütbəli İsrail rəsmisi bununla bağlı danışıqlarda irəliləyiş olduğunu bildirib. Lakin bəzi mənbələr Türkiyə prezidentinin qaz ticarətinin inkişafı ilə bağlı Benyamin Netanyahu tərəfindən söz verəcəyi təqdirdə görüşün baş tutacağını deyib.
Benyamin Netanyahunun vəziyyəti yaxşı deyil. Belə ki, Co Bayden onu Vaşinqtonda qəbul etməkdən imtina edir. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəvət gözlənilirdi. Ancaq bu dəvət də gündəmə gəlmədi. Belə bir fonda Benyamin Netanyahu Tayyib Ərdoğanla görüşməyə xüsusi maraq göstərməsi təbiidir. Bəllidir ki, Baş nazirin rəhbərlik etdiyi hökumət İsraildə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarından dolayı ciddi çətinliklərlə üzləşib.
İsrail prezidenti Isaac Herzog ötən il Ankarada Tayyib Ərdoğanla görüşüb. Yenidən prezident seçilməsi münasibəti ilə Isaac Herzog və Benyamin Netanyahu Tayyib Ərdoğanı təbrik edib.
THE TIMES OF ISRAEL bildirir ki, Türkiyə İsraildən Avropaya qaz çatdırmaq üçün öz ərazisindən boru kəməri çəkilməsini arzu edir, lakin bəzi ekspertlərin fikrincə, İsrailin Ankara ilə enerji əməkdaşlığına marağı azdır.
КомментарииОставить комментарий