Общественно-политическая интернет газета
Bəzən biz şərti olaraq “tarix təkrar olunur” deyirik, üstündən keçirik. Ancaq hərdən elə köhnə qəzet yazılarına rast gəlirsən, təkrarın bu dərəcədə üst-üstə düşməsinə heyrətlənirsən.
Buyurun, “Azərbaycan” qəzeti, 19 sentyabr, 1918-ci il, nömrə 2-dən, “AĞLINI BAŞINA YIĞMAQ VAXTIDIR” adlı məqalədən bir parçanı oxuyaq. Müəllif Şəfi bəy Rüstəmbəyli-dir: “Qonşumuz ermǝni xalqı tǝǝssüf ki, fanatik “Daşnaksutyun” partiyasının simasında öz rǝhbǝrlǝri tǝrǝfindǝn böyük nisbǝtdǝ kor edilmişdir. Öz xalqının tarixindǝ ölümcül rol oynamış bu partiya, hal-hazırda elǝ bir vǝziyyǝtlǝ üzlǝşmişdir ki, mütlǝq dönüb geriyǝ baxmalı, bütün tarixi sǝhvlǝrini etiraf etmǝli vǝ öz siyasǝtini dǝyişdirmǝk istiqamǝtindǝ radikal addımlar atmalıdır. Bu yol – Osmanlı İmperiyasını yıxmağa çalışan, özlǝrinin Şǝrq siyasǝtini ermǝni xalqının qanı bahasına hǝyata keçirǝn vǝ ǝsrlǝrdǝn bǝri ermǝni xalqını gerçǝklǝşmǝsi imkansız olan ehtiraslarla bǝslǝyǝn Antanta dövlǝtlǝrinin intriqalarından birdǝfǝlik ǝl çǝkmǝk yoludur. Ermǝni xalqının, qonşularıyla sülh şǝraitindǝ yaşaması ancaq o zaman mümkün ola bilǝr. Zaqafqaziyanın hǝr yerindǝ cǝrǝyan edǝn qanlı hadisǝlǝrǝ baxmayaraq, tǝǝssüf ki, ermǝni xalqının rǝhbǝrlǝrinin qǝti surǝtdǝ ağıllandıqlarını hǝlǝlik müşahidǝ etmirik. Mǝsǝlǝn, fǝrarilǝrdǝn ibarǝt silahlı ermǝni bandaları Qazax uyezdinin sǝrhǝdindǝ vǝ Türk Ordusunun hǝrǝkǝt yolu üzǝrindǝ dinc müsǝlman xalqa zülm etmǝkdǝ vǝ keçib gedǝn türk eşelonlarıyla partizan müharibǝsi aparmaqda davam edir. Gǝncǝ quberniyasının dağlıq hissǝsindǝ axır vaxtlarda köçǝri müsǝlmanlara hücum hallarına tez-tez rastlanmaqdadır. Qarabağ ermǝnilǝrinin bir hissǝsi, ingilis qızılıyla dǝstǝklǝnǝn Andranikin ölümcül avantüralarına qapılmaqda vǝ Azǝrbaycan dövlǝtinin bütövlüyünǝ qarşı tǝxribat törǝtmǝkdǝdir. Ermǝni hǝrbi birliklǝrinin vǝ “Daşnaksutyun” partiyasının Bakı hadisǝlǝrindǝki rolunun nǝ olduğu hamıya mǝlumdur... İşin doğrusu bu şǝkildǝdir. Buna baxmayaraq, ermǝni xalqının tǝmsilçilǝri Almaniya-Türkiyǝ koalisiyasının nümayǝndǝlǝri ilǝ rǝsmi görüşlǝrindǝ, ermǝnilǝrin ingilis vǝ bolşevik tǝmayüllǝrindǝn qǝti surǝtdǝ üz döndǝrdiklǝrinǝ and içirlǝr; eyni zamanda, Almaniya nümayǝndǝlǝri ilǝ sıx danışıqlara girǝrǝk, bu ölkǝnin onları himayǝ etmǝsi üçün yalvarırlar. Biz, ermǝni xalqının yeni tǝrcihini alqışlamağa hazırıq, bu şǝrtlǝ ki, bu tǝrcih hǝqiqǝtǝn ǝmǝli xarakter daşısın vǝ ermǝni nümayǝndǝlǝrinin bu istiqamǝtdǝ konkret vǝ sǝmimi çalışmalarını görǝ bilǝk. Tǝǝssüf ki, acı tǝcrübǝ bizǝ göstǝrir: Zaqafqaziyanın kiçik ǝrazisindǝ ermǝni siyasi dairǝlǝri bir-birinǝ tamamilǝ zidd olan tǝmayüllǝri özlǝrinǝ rǝhbǝr tutmuşlar”.
Yenə “Azərbaycan” qəzetinin 1919-cu il, 24 iyun, 210 saylı buraxılışından, Sadiq imzasıyla: “Ermənilər Ağdam bazarına kömür, göyərti, xəlçə, palas və şallar, taxta və odun və sair bu kimi şeylər gətirib satıb əvəzində müsəlmanlardan arpa, buğda, darı və sairə yeyinti şeyləri alıb aparırdılar. Bir dəfə müsəlman dükançı ilə bir nəfər erməni müştərinin böylə bir müsahibəsinə rast gəldim:
Dükançı: A balam, ay qonşu, bu gün bazardan azına bir milyon manatlıq buğda, arpa alıb aparmısınız, amma özünüz də Azərbaycan hökumətinə tabe olmaq istəmiyorsunuz? Hərgah bu hökumət sizin ola idi və çörək sizdə ola idi, sizin hökuməti tanımaq istəmiyənlər ilə siz böylə rəftar edərdinizmi?
Erməni: A canım, doğru sözü gizlətmək heç insaf degil, hərgah siz müsəlmanların çörəgi olmasa, heç bir nəfər erməni öz çörəgi ilə dolana bilməz. Genə Allah sizdən razı olsun ki, siz bu qədər insaflısınız. Allah mərdimazara lənət eləsin! Bizə nə qalıb ki, oturub Azərbaycan ilə dava edirik. Çörəgimiz ondan, dolanışığımız ondan. Hər kəs ki, istəmir, qoy getsin İrəvana. Amma bir neçə nəfər mərdümazarlar yığışıb gündə bizə bir hökm yazıb, min cürə fokuslar çıxardırlar. Hər kəs gəlir deyir pul ver, amma bir nəfər gəlib çörək vermir. Hələ buyruq buyurur! Deyir ki, komitet belə buyurur!”
Necə deyərlər, şərhsiz. Ancaq öz aramızdır, həmin erməni hələ 100 il qabaq çözümü necə dəqiq görüb: “Kim istəmir, qoy getsin İrəvana”...
КомментарииОставить комментарий