Свобода людям, независимость нациям!

ABŞ və Avropa Tovuzqalada meymunluq edənləri görmürmü: hanı Aİ-nin binokllu müşahidəçiləri?!

 

Nikol Paşinyan ötən həftə Loru mahalına səfəri zamanı kəndlərin Azərbaycana qaytarılmasından danışmışdı.

Ermənistanın baş naziri hamının başa düşə biləcəyi şəkildə, yəni “loru dildə” beləcə demişdi: “Daxildə olan və öz şəxsi ambisiyaları naminə aranı qatmağa çalışan radikal, revanşist qüvvələr bilməlidir ki, həmin kəndlər sovet dönəmində də Azərbaycana aid olub. Bunu istəsək də, istəməsək də, qəbul etməliyik. Paşinyan onu da bildirmişdi ki, yaxın günlərdə sərhədlərin delimitasiyasına başlanılacaq və bu, sülhə aparan prosesin başlanğıcıdır.

Normal mövqedir. Xüsusilə də bu mövqenin kifayət qədər ziddiyyətlərlə dolu olan birisi tərəfindən səsləndirilməsi bir az da təəccüb doğurur. Amma artıq burdan o tərəfə yol yoxdur, manevrlərin də həddi-hüdudu var, görünür İrəvanda bu həqiqəti anlayıblar.  Onu da bilirlər ki, Azərbaycan dövləti, bu dövlətin başçısı ilə söz güləşdirməyin axırı pis ola bilər. Bundan əvvəl bir neçə dəfə belə uğursuz cəhdlər etdilər, nəticəsi bəllidir. Azərbaycan hər dəfə münasibətləri sülhlə, masa ətrafında həll etməyə çalışdı, amma Ermənistan status-kovunu saxlamaq, sülh imzalanmasını əngəlləmək və daha uyğun şərtlərə nail olmaq üçün anlaşmaları pozdu, dərsini aldı. Sonuncu halda şərti sərhədlərdəki təxribatlar zamanı düşmənin dərsi verilmişdi. Məhz bu səbəbdən sərhədçi zabitimizin yaralanmasına görə Ermənistan rəhbərliyi dərhal hərəkətə keçdi, günahkar olduğunu etiraf elədi. Sonrakı mərhələ də kəndlərin qaytarılması istiqamətində qərar verildi. Çünki Prezident İlham Əliyev hələ yanvarda bildirmişdi ki, əvvəlcə 4 anklav olmayan kəndlər qeyd-şərtsiz azad olunmalıdır, sonra da...  

tavush-aksiya.jpg (25 KB)

Budur, kəndlərin qaytarılması istiqamətində ciddi proses gedir. Amma Tavuş – Tovuzqala sakinləri erməni kilsəsinin fitnə-felinə uyub tozanaq qaldırmağa çalışır. Yenə də yadlarına ziyarət düşüb. Neçə günlük şivəndən sonra bu gün nəhayət, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın başçılığı ilə Əskiparadakı məbədə getməyə nail olublar, polis mühasirəsində. Xatırlayırsınız yəqin, 44 günlük müharibədən sonra Qarabağdakı ermənilərlə yanaşı, Ermənistandan qanunsuz olaraq daşınan ermənilər Kəlbəcərdəki Xudavəng məbədini, həmçinin digər alban məbədlərini ziyarət üçün axın edirdilər. Bir əsrdən sonra kilsə yadlarına düşmüşdü. Əslində aranı qarışdırmağın daha uyğun formasını tapa bilmədiklərindən özlərini “kilsə əhli” kimi göstərib, xaç dünyasından dəstək almağa çalışırdılar. İndi də bir ovuc revanşist Qazax rayonunun kəndlərinin azad olunmasına müqavimət göstərərkən yollarını buradakı kilsədən salıblar. Bunlar necə “dindar”dır ki, ərazilərin minlaradan təmizlənməsinə qarşı çıxırlar, 30 ildən artıq müddətdə yağmaladıqları torpaqları sahiblərinə qaytarmamağı tələb edirlər. Qazaxın kəndlərinin işğalı Qarabağın işğalına aparan yol olub. Ötən əsrin sonlarında  məhz bu kəndlərdə törədilib ilk soyqırımlar, yandırılan körpə cəmi 39 günlük olub! Nə qədər həyasız olasan ki, bütün bu cinayətlərdən sonra ölüb yerə girmək, Allahdan və bəndədən əfv diləmək əvəzinə, yenə də revanşa cəhd göstərəsən, yeni qana çağırış edəsən!   

Təbii ki, revanşistlərin meymunluq eləməsi indiki durumda Nikol Paşinyanın özünə də lazımdır. Danışıqların sonrakı gedişində “etirazların olduğu” barədə görüntülərdən maksimum yararlanmağa cəhd edə bilər. Amma əgər hesab edirsə ki, bununla nəyəsə nail ola bilər, onda...Ötən il Arayik Arutyunyan və digər canilər Xankəndinin mərkəzində çadır qurub, meydan oxuyurdular. İndi də oxuyurlar: Bakıdakı həbsxanada Azərbaycan Respublikasının Konstitusiyasını! Bu mənada Tovuzqaladakı ermənilərin əli və dili ilə nəyəsə nail olacağını düşünən siyasətçinin sağlamlığına şübhə var. Bəli, Ermənistan rəhbərliyi Brüsseldən əliboş qayıtdı, istədiyini ala bilmədi. NATO və Avropa İttifaqı sevdası ilə alışıb-yananlar indi ritorikanı dəyişiblər. Hətta Paşinyanın Putinlə görüşü barədə müzakirələr gedir. Ermənistan rəhbərliyi başa düşdü ki, bu dəfə də Azərbaycana qarşı təxribatlara əl atsa, işğaldakı kəndləri azad eləməsə, onu Azərbaycanın əlindən heç kəs ala bilməyəcək! Bəli, rəsmi Bakının iradəsinə uyğun olaraq addımlar atır, bəzən prosesi ləngidir, bəzən tamaşalara rəvac verir, amma sonda biz deyən olacaq!

1687244835_resize.jpg (210 KB)

Guya Paşinyan hakimiyyətinin bir ovuc erməni dələduzu yerində oturtmaq imkanı yoxdur? Buradakı gəlmə ermənilər erməni polisi ilə siçan-pişik oyunu oynayır Əskipara çöllərində. Yaxud radikal erməni nazirə barmaq silkələyir, digərləri hərbçiləri hədələyir ki, “minaları təmizləməyin!” Bu cəsarət haradandır? Təbii ki, tamaşadır. Bundan əvvəl “Döyüş qardaşlığı” adlı radikal qruplaşmanın üzvləri Azərbaycanla döyüşəcəklərini bəyan etmişdilər, “Yerkrapa”lıq edirdilər. Bu, 2017-ci ilin “Sasna Tser” tamaşasına bənzəyir, o vaxt silahlılar hətta polis alayını ələ keçirmişdilər.

Maraqlısı bilirsiniz nədir? Avropa İttifaqının Ermənistandakı  müşahidə missiyası yox çıxıb. Haradadırlar, niyə binoklların götürüb Tovuzqalaya gəlmirlər? Axı, günaşırı Azərbaycan tərəfə boylanırdılar, Əskiparadakı müharibə tərəfdarlarının nə oyunlardan çıxdığını görmürlərmi? Yaxud ABŞ-ın İranın, Fransanın İrəvandakı səfirləri niyə gözə dəymir? Bənzər aksiya Azərbaycan tərəfdə olsaydı, indi sıraya düzülmüşdülər. Hələ Avropadan, Amerikadan çağırışlar, “narahatıq” fəryadları...Bu günlərdə Rusiya sülhməramlıları Qarabağdan getməyə başladı, ABŞ-dan anormal bəyanat gəldi. İndi səs-səmirləri gəlmir. Kimsə demir ki, niyə sülh anlaşmasına gedən yoldakı minaların təmizlənməsinə qarşısınız? Kimsə Tovuzqaladakı ermənilərin radikal çağırışlarına təpki göstərmir. Heç olmasa radikal ermənilərin Ermənistan polisinə, ordusuna qarşı çıxışlar etməsini belə, qınamırlar. Sizcə, niyə?

 

Нет комментариев

Новости автора