Свобода людям, независимость нациям!

1933-cü il "Vagon-Li hadisəsi" - və ya “Vətəndaş, türkcə danış!” şüarı necə meydana gəldi?

Fransanın İstanbuldakı "Vagon –Li" Şirkətinin belçikalı meneceri  Jannoni telefonla türkcə danışan şirkətin işçisi Naci bəyə 25 lirə cəza verərək işdən 15 gün uzaqlaşdırır. Hadisə barədə xəbər tutan univeristet tələbələri və Milli Türk Tələbə Birliyinin təşkil etdiyi izdiham şirkətin binasına hücum etmiş, “Türkə zəncir vurulmaz”, “Türkiyədə türkcə danışılır” deyərək şüarlar səsləndirir. Hadisə “Vətəndaş, türkcə danış” kampaniyasının bərpasına və "Vaqon-Li" şirkətinin milliləşməsinə səbəb olur.

hjk.png (542 KB)

İtaliyalı Jannone şirkət işçisi Nacı bəyi niyə işdən qovur?

 Bir Fransız şirkəti olan  və və İstanbul-Paris arasında  Şərq ekspress adlı yataqlı vaqon xidməti göstərən “Compagnie Internationale des Wagons-Lits” və ya  “Vagon-Li” şirkətinin Bəyoğlu şöbəsinin müdüri belçikalı  Boel türk dilini mükəmməl bilir və öz müştərilərinə bu dildə qulluq göstərməsilə hər kəsin hörmətini qazanmışdı. Boelin  başqa bir vəzifəyə göndərilməsi ilə əlaqədar yerinə italiyalı  Qadone Jannone təyin olunur. 

Bəyoğlu  şöbəsində 4 ildir işləyən Nacı bəyin yanına 21 fevral 1933-cü ildə bir iş adamı gələrək Ankara qatarında yataqlı vaqona yer almaq istəyir.  Naci bəy  bu şöbədə yer olmadığını söyləyərək müştəriyə yardım etmək  üçün eyni şirkətin Qalatadakı şöbəsinə zəng edir.  Qalata şöbəsindəki işçi də bir türkdür. Naci bəy təbii olaraq telefon danışığını türk dilində aparır və bu da yeni təyin olunmuş müdir Jannonenin diqqətini çəkir. Müdir digər məmurlara təhqiramiz şəkildə “bu işçi hansı dildə belə anqırıb durur?” deyərək sual verərək,  “Türkcə”- cavabını aldıqdan sonra  Naci bəyi yanına çağıraraq şirkətdə rəsmi dilin fransız dili olduğu, bunun üçün lazım gələrsə dəyənəkdən də istifadə edəcəyi barədə xəbərdarlıq edir.

Müdirin gözlədiyini əksinə olaraq Naci bəy ona, “Mən türkəm, ölkəmdə də rəsmi dil türk dilidir. Hətta siz belə türk dilini öyrənməlisiz1” deyərək cavab verir. Bu cavabdan çox əsəbiləşən müdir ona 10 lirə cərimə təyin etdiyini deyəndə Naci bəy də qəzəblənərək “Ölkəmdə türkcə danışmaq mənim haqqımdır” deyərək cavab verir.  Naci bəyin türk dilində danışmaq məsələsində geri çəkilmədiyini görən müdir ona 15 gün işdən uzaqlaşdırmaq cazasını verir. Naci bəy bir kəlmə söz belə demədən papağını götürərək şirkət binasını tərk edir. Söhbətin şahidi olan digər məmurlar  qərarın dəyişdirilməsini tələb  etsələr də müdür qərarından geri dönmür.

Mətbuat və tələbə birlikləri Naci bəyin işə bərpasına necə nail olur?  Mustafa Kamal Atatürk tələbələri necə müdafiə edir?

İki gün sonra,  1933-cü il fevralın 23-də “Vakit” qəzetinin  “Təkəbbür! Türkiyədə türkcə danışmaq günahdırmı?” - deyərək hadisənin işıqlandırılmasından sonra İstanbul tələbə nümayişləri ilə dolub daşır.  Çox deyil, cəmi on il əvvəl Qurtuluş mübarizəsi ilə işğalçılara qarşı mübarizə aparmış millət xarici şirkətlərin bu təhqiramiz  davranışını qəbul edə bilməzdi. Zira insanlar “İndi də xarici şirkətlərin asılılığına düşəcəyikmi?” deyərək haqlı suallar verirdilər.

kjipo.jpg (36 KB)

Və Milli Türk Tələbələr Birliyi ilə Darülfünunun tələbələri türk dilini  təhqir edən şirkət müdiri Jannoneyə etiraz olaraq  böyük mitinq keçirmək qərarına gəldilər. Fevralın 25-də minlərlə nümayişçi “Türkiyədə türkcə danışılır”, “Türkiyədə türk dili hakimdir” şüarları ilə şirkətin ofisinə hücum edir, daha sonra  Beyoğluna yürüş edərək şirkərin ordakı ofisini də daşqalaq edirlər.

iko.jpg (272 KB)

 Şirkət ofisində  tələbələr divarda Atatürkün şəklini görürlər.  “Bu qurum bu şəkli asmağa layiq deyil” şüarlarıyla  Atatürkün portretini divardan götürülür.

İddiaya görə, 6-26 fevral 1933-cü il tarixləri arasında İstanbulda qalan və həmin gün Beyoğlundakı Diş Həkimi Sami Günzberqin klinikasında dişlərini müalicə  etdirən Mustafa Kamal səs-küyü eşidir. Hadisə barədə məlumat toplayan paşa dərhal “Gənclərlə işiniz olmasın!” deyərək  camaata müdaxilə edən polis və jandarmaya göstəriş verir.  Nümayişlər zamanı  zamanı nəzarətə alınan 30 nəfər dərhal sərbəst buraxılır. 

kjn.jpg (146 KB)

Hadisənin böyüməsindən qorxuya düşən Fransadan rəsmi nümayəndə Jannonenin sözlərinin səhv başa düşüldüyünü və onun işdən çıxarılacağı barədə mətbuata məlumat verir. Eyni zamanda bildirilir ki, "Vaqon –Li" şirkəti heç bir zaman işçilərinə mütləq fransız dilində danışmaları haqında göstəriş verməmişdir. Eyni zamanda Naci bəyin Qalata şöbəsində yenidən işə götürülməsi və işçi heyətində türk vətəndaşlarının sayının artırılması haqqında tapşırıq verilir.

jjjj.jpg (31 KB)

“Vətəndaş, türkcə danış!”

Hadisədən sonra ilk dəfə 1928-ci ildə başlayan “Vətəndaş türkcə danışsın” kampaniyası yenidən başlamış, xaricilərin və qeyri-müsəlmanların sıx yaşadığı Perada, Beyoğluda bir çox xarici şirkət adlarını türkcəyə çevrilir. Xüsusilə Pera və Beyoğlu ətrafında xarici dillərdə yazılan lövhələr türkcə yazılarla əvəzlənir. Tələbələr; bir daha türk dilinə təhqirlərin qarşısını almaq və türk dilini qorumaq üçün Dil Mübarizə Cəmiyyəti yaratmağa qərar verdilər.

"Vagon Li" şirkəti və eyni zamanda  Osmanlı dövründən bir çox xarici şirkət milliləşdirildi.

 

 

Нет комментариев

Новости автора