İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

“Baş nazir Nikol Paşinyanın feysbukdakı paylaşımları getdikcə sözün əsl mənasında cəfəngiyyata çevrilir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin rəhbərinin (Levon Ter-Petrosyan - red.) müavini Levon Zurabyan öz feysbuk səhifəsində yazıb.

“Onu hətta “şüur axını” da adlandırmaq olmaz, əksinə, “şüurun ishalı”dır. Nikol Paşinyan özü, podkast partnyoru və bütün hökumətyönlü təbliğat bu gün bizi (erməniləri - red.) Azərbaycanın təhdidlərinin əsassız olduğuna inandırmağa çalışır. Bu arada daha realist olan şanlı hökumətimiz Azərbaycanla sülh və barışıq qurmaqda inamla davam edir. Belə bir qeyri-adekvat və lazımi idarəetmə imkanlarına malik olmayan adamı uzaqlaşdırmaq üçün hüquqi mexanizmlər olmalıdır, - deyə Zurabyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR