İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan: Paşinyan Ermənistanı Rusiyadan qurtarmaq istəyir, lakin…

Nikol Paşinyan Ermənistanın müstəqilliyini Rusiyadan qorumaq istəyir, amma sakitcə bu müstəqilliyi Türkiyə və Azərbaycana təslim edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, Paşinyan balansı pozub.

“Razıyam ki, Belarusun hərəkətlərinə adekvat cavab verilməli idi, lakin bunun üçün diplomatik dil, çıxış yolları mövcuddur”,-deyə Zurabyan söyləyib.

Zurabyana görə, Paşinyan ümumilikdə öz davranışı ilə yeni ağalara qulluq etməyə, köhnələri təhqir etməyə hazır olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR