Onlayn ictimai-siyasi qəzet
"Gürcüstan prezidenti Salome Zurabişvili üçün həm şəxsi, həm də siyasi həyatda xəyanət xarakterikdir".
Musavat.com xəbər verir ki, bunu ölkınin baş naziri İrakli Kobaxidze deyib.
Əgər Zurabişvilinin hərəkətlərini bir sözlə dəyərləndirsək, bu, təbii ki, xəyanətdir... Bu qadına xas olan xəyanətdir, əvvəlcə şəxsi həyatında, indi isə siyasi həyatında”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, Zurabişvili Gürcüstanın Avropa Birliyinə gedən yolda irəliləyişinə mane olub və indi seçkilərin əleyhinə kampaniya aparır.
“Vaxtilə Salome Zurabişvili ölkəyə namizəd statusu verilməsinə qarşı məhz bu cür kampaniyaya rəhbərlik edirdi. Sonradan o, danışıqların başlanması ilə bağlı belə bir anti-kampaniya aparmağa davam etdi. İndi isə o, legitim seçkilərin legitimliyinin tanınması ilə bağlı belə bir kampaniya aparır”, - Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstan prezidenti, müxalifət və onları dəstəkləyən qeyri-hökumət təşkilatları yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. Onların fikrincə, hakimiyyət oktyabrın 26-da keçirilən seçkiləri saxtalaşdırıb. Müxalifət həmçinin Aİ-yə inteqrasiyanın dayandırılmasına etiraz edir.
Şahanə Rəhimli
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ