İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili “Gürcü arzusu”ndan Trampa şikayət edib

Gürcüstanda prezident seçkilərinə bir həftə qalmış hazırkı dövlət başçısı Salome Zurabişvili ölkəsində baş verənləri dünya ictimaiyyətinə çatdırmaq üçün Fransaya gedib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bazar günü gecə “Gürcü arzusu” hökuməti üçün gözlənilmədən Zurabişvili bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək qərarına gəlib.

Bildirilir ki, dünyanın 50-yə yaxın ölkəsinin liderlərinin toplaşdığı mərasimdə Zurabişvili fürsətdən istifadə edərək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşüb.

“Mən prezident Tramp və Makronla dərin müzakirə apardım. Söhbət oğurlanmış seçkilərdən və gürcü xalqına qarşı qorxulu repressiyalardan gedirdi. Mən güclü Amerika Birləşmiş Ştatlarının dəstəyinin zəruriliyini vurğuladım. Gürcü xalqının Donald Trampın simasında bir dostu var. Allah Amerikanı qorusun”, – o deyib.

Eyni zamanda parlamentə daxil olan, lakin onun işində iştirakdan imtina edən dörd müxalifət partiyası bildirib ki, “Gürcü arzusu” Trampla dialoq qura biləcəyinə inandıraraq həmvətənlərini yenidən aldadıb. Əslində isə bu ünsiyyəti hakimiyyətin əleyhdarlarını dəstəkləyən Zurabişvili qurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR