İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili: “Əgər AB Gürcüstana yenə imtina cavabını versə...”  


Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinə AB üzvlüyünə namizəd statusunun verilməsindən mümkün imtinanı “Gürcüstanın məğlubiyyəti, Rusiyanın isə qəti qələbəsi” adlandırıb. Qeyd edək ki, bununla bağlı yaxın günlərdə qərar verilməlidir.

Musavat.com xəbər verir ki, bu barədə o, “Radio Svoboda” radiosuna verdiyi eksklüziv müsahibəsində danışıb.

Zurabişvilinin fikrincə, imtina gürcülərdə “böyük” məyusluğa, Rusiya rəhbərliyində isə eyni məmnuniyyətə səbəb olacaq. “Rusiya Gürcüstanın boz zonada qalacağına inanacaq. Kreml üçün bu, Gürcüstanla “oynamaq olar” anlamına gələcək”,- deyə o qeyd edib.

Xatırladaq ki, Aİ-nin genişlənməsi məsələləri təşkilatın dekabrın 14-15-də keçiriləcək sammitində müzakirə olunacaq. Sammitin nəticələrinə əsasən, Gürcüstan ötən il rədd edilmiş Aİ-yə namizəd statusu ala bilər. Həmçinin, Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına icazə verilə bilər.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hazırkı Gürcüstan hakimiyyəti Qərblə yaxınlaşmağa doğru irəliləməkdə davam edir, eyni zamanda Moskva ilə dərin münaqişəyə girməməyə çalışır. 2023-cü ilin oktyabrında daha çox rusiyayönlü mövqe tutan hakim “Gürcü arzusu” partiyası prezident Zurabişvilyə qarşı impiçment tətbiq etməyə cəhd etsə də, buna nail ola bilməyib. “Azadlıq” radiosuna müsahibəsində dövlət başçısı iqtidar partiyasını “demokratiyanı və Gürcüstanın Avropa gələcəyini öldürməkdə” ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR